NARGIS MAGAZINE
Mədəniyyət

ZURAB SERETELİNİN "MÜMKÜN ÖLÇÜLƏR"

Mayın 22-də Heydər Əliyev Mərkəzində Zurab Seretelinin "Mümkün dünyalar" adlı sərgisi açıldı. Sərgiyə rəssamın Mark Şaqal, Pablo Pikasso, Niko Pirosmani, Vasiliy Kandinski və XX əsrin birinci yarısına aid digər fırça ustadlarının təsiri altında yaratdığı otuz rəsm əsəri, həmçinin heykəlləri daxildir. Açılış mərasimində rəssama Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin möhkəmləndirilməsi üçün "Dostluq" ordeni təqdim edildi.
Seretelinin sərgisi yay mövsümünün ən rezonanslı mədəni hadisəsi olmağa hazırlaşır. Moskva Müasir İncəsənət Muzeyi, Rusiya Rəssamlıq Akademiyası və Heydər Əliyev Fondu Seretelinin ən yaxşı rəsmlərini Moskvadan, Tbilisidən və Londondan topladılar və sərginin ən mədəni tarixlərini təyin etdilər: Seretelinin duyğulu rəngarəng boyalı və ifadəli teksturlu əsərlərini bu ilin 25 avqust tarixinədək canlı olaraq görmək mümkündür.