NARGIS MAGAZINE
Bloqlar

Zeynəb Cahan: Atalar Sözü

Əziz oxucu, demək olar ki, bu il bitdi və bir həftə əvvəl məqaləmdə yazdığım hədiyyələrdən əldə etməyə sadəcə iki gün qaldı. Ən əsası - ili təhlil etməkdir. Sizi bilmirəm, amma məni bayramlarda mənbələr özünə cəlb edir - tarix, köhnə kitablar və hətta köhnə mahnılar. Bu dəfə mən nənəmdən qalan Azərbaycan zərb-məsəlləri və atalar sözləri toplusuna rast gəldim. İlin sonunda sizinlə ən maraqlı "Atalar Sözləri"ni paylaşıram.

Xalqımız tərəfindən yazılmış atalar sözlərinin mənşəyi orta əsrlərə dayanır. Müşahidələr və gündəlik təcrübələrin nəticəsi bizim nənələrimiz və babalarımıza onların nənələri və babalarından nəql olunması ilə gəlib çatıb və bu gün tapa biləcəyimiz ən qədim mənbə - Sovet dövrünün 60-cı illərində hələ kiril əlifbası ilə buraxılmış toplulardır. Maraqlısı odur ki, çoxdan "dünyaya gəlmələrinə" baxmayaraq "atalarımızın sözləri" bizim gündəlik həyatımızda olduqca aktualdır və ən müasir hallarda belə lap yerinə düşür.

img_0954

Şəxsən mənə mövzunun predmetinin təsviri ilə necə tutuşdurulduğu maraqlıdır. Məsələn, yeməyə, yemək hazırlanmasına çox sayda atalar sözləri həsr olunub “İştah diş altındadır" - bildiyimiz kimi iştaha yemək vaxtı gəlir. Amma ən maraqlısı odur ki - bir çox digər müdrik atalar sözü plov və ya yağsız, duz və ya şəkərsiz, ya da başqa ləzzətlərsiz ötüşmür. İzahlı ifadələri bu gün məhz qurmanlar üçün seçmişəm!

“Söz ilə plov olmaz, yağ ilə düyü lazım”

“Doğru söz acı olar, nəticəsi şirin”

“Sözün yaxşısı baldan şirin olar”

“Sözlə plov olsa – dağ qədər yağ məndən”

“Boş sözlə qarın doymaz” - yeri gəlmişkən deyim ki, buna bütöv fəsillər ayrılıb və növbəti bayramda buna dair daha ətraflı məlumat verməyi ümid edirəm.

img_0951

“Bir əli yağda, bir əli balda”

“Ət olmayan yerdə balıq də ətdir”

“Əti ətdən kəsərlər, uman yerdən küsərlər”

“Quzusuna qıymayan kabab yeyə bilməz”

“Bala baldan şirindir”

“Balın yoxdur, bal kimi dilin olsun!”

“Yeyən bilməz, doğrayan bilər”

“Aş yeyənin qaşığı belində olar”

“Açıq ağız ac qalmaz"

“Elə ye ki, həmişə yeyəsən”

“Ac ol kişi ol”

“Acı söz ürək bulandırar”

“Acını dadmayan şirini tanımaz”

Və şən bayram şənliyi ərəfəsində ən sevdiyim - “Xörəyi doyunca yemə, gözün dalınca qalsın!”

Zeynəb Cahan