NARGIS
Ru En
NARGIS MAGAZINE
Mədəniyyət

NARGIS'LƏ IZLƏYIRIK: "HAMI LEO-NU SEVİR"

Bəli, bu DiCaprionun iştirak etdiyi filmlərdən ibarət seçmədir, lakin aralarında "Titanik" və "Böyük Getsby" yoxdur. Biz Leonu niyə sevirik? İndi bu haqda danışacağıq!

«Basketbolçunun gündəliyi»

kinopoisk.ru-the-basketball-diaries-1730448

Geniş kütlənin mavi gözlü sarışına olan sevgisi batan gəmidən sonra deyil, ondan iki il əvvəl yaranıb. 95-ci illər, yaraşıqlı Leo və hədəfə düşən ssenari. Mütləq izlənilməlidir. 

«Azad Olunmuş Canqo»

djangounchained_11

Əgər filmdə DiCaprio oynayırsa, deməli bu yaxşı filmdir. Amma əgər DiCaprionun oynadığı filmi Tarantino çəkirsə, bu artıq şedevrdir! Leonardo aktyorluq işinə görə bütün ABŞ kinotənqidçiləri cəmiyyəti tərəfindən bir neçə mükafata layiq görülüb, film özü isə "Qızıl Qlobus" mükafatında ilin ən yaxşı dramı daxil olmaqla dörd nominasiya üzrə namizəd göstərilib. Popkorn tədarükü görün və axşam sevdiyiniz aktyorların kompaniyasından zövq alın.

«Nyu-York dəstələri»

119cf1ade70cf0e2d1c6e5ede7b19dd9f20530ef

İzləyicini nəinki özünə bağlayan, həm də sözün əsl mənasında, özünə qərq edən tarixi bir filmdir. Leonardo DiCaprio və Daniel Day-Lewisin möhtəşəm dueti lazımı nəticə verərək "Oskar" mükafatının 10 nominasiyasında namizəd oldu. Ssenari 20 il ərzində yazılıb və sərf olunmuş vaxt özünü tamamilə doğruldub.

«Bacarırsansa Məni Tut»

fmt_87_pojmaj_menya_esli_smozhesh__4

Dedektiv və Leonu sevənlərin xoşuna gələcək. Film sizin diqqətinizi cəlb edəcək və intriqanı sonadək uzadacaq. Və əlbəttə ki, həmin melodiya ... Baxırıq!

«Lənətlənmişlər adası»

ostrov_prokl_dicaprio

Bu kino-şedevr bizə nəinki düşüncə üçün qida, həm də ağla sığmayan sayda memlər bəxş edib. Bəli-bəli, Leonardonun qaşqabaqlı üz ifadəsi məhz bu filmdəndir. Scorsesenin daha bir yaxşı filmi.

Mətn: Zemfira Korovina