NARGIS
Ru En
NARGIS MAGAZINE
Mədəniyyət

NARGİS'İN PLAYLİSTİ: ONU MİNLƏRİN ARASINDAN TANIYACAQSAN

Paloma Faith — Only love can hurt like this

Bu səsi bir dəfə eşitməklə, həmişəlik yadda saxlayacaqsınız. Amy Winehouse, Duffy və Etta James bir flakonda - bu Paloma Faith'dir. Səmimi və hissiyatlı «Only love can hurt like this» mahnısı pleylistinizə daxil olmağa layiqdir. P.S. nəqarətdə səsini artırırıq.

The Gossip — Heavy Cross

Yəqin ki, bir çoxları Charlize Theronun Diorun reklamını görüb və yəqin ki, hər kəs "nə gözəl mahnı və inanılmaz səs" olduğunu düşünüb. The Gossip qrupunun «Heavy Cross» mahnısı – elə o mahnıdır. Mahnını yükləyirik, əlimizə darağı mikrofon olaraq alırıq və oxuyuruq!

Florence and the machine — Hunger

Florence Welch haqqında, yəqin ki, hər kəs eşidib. Qotika elementləri ilə indie kompozisiyaları və müğənninin heç bir şeyə bənzəməyən inanılmaz güclü səsi. «Hunger» qrupunun son mahnılarından biri musiqiçilərin ən yaxşı ənənəvi ifasında. Dinləyirik!

Billie Eilish — You should see me in a crown

Bu zərif, lakin eyni zamanda çox dərin səsin sahibi cəmi 16 yaşındadır... O, artıq yeniyetmələrin kumirinə çevrilir və internet məkanını təsiri altına alır. Onun son mahnısını dinləsəniz, səbəbini başa düşəcəksiniz

Imany — Take care

Məlahətli bəm səsi, parlaq görünüşü və təsirli sözlər. O, bizə utanmamağı öyrətdi, indi isə sevdiyiniz insanlara qayğı göstərməyi xahiş edir. Doğru mesajlar mütləq pleylistimizdə olmalıdır.