NARGIS
Ru En
NARGIS MAGAZINE
Dəb

AZƏRBAYCAN BRENDLƏRİ "ROYAL ASCOT"DA

Hər il iyun ayında Böyük Britaniyada dünyanın ən nüfuzlu kübar tədbirlərindən biri olan "Royal Ascot" at yarışı keçirilir. Beş gün ərzində gözəl şlyapalarda xanımlar və ciddi tədbirə münasib geyinmiş cənablar yarışları izləyir və kübar ziyafətdə iştirak edirlər. Bu ənənə ilk dəfə 1711-ci ildə kraliça Anna tərəfindən başladılıb. Və bu gün Royal Ascot yarışı Kraliça II Elizabetin himayəsi altındadır.
Beş gün ərzində kral tövləsinin atlarının iştirak etdiyi on yeddi yarış keçirilir. Mükafat fondu  dörd milyon funt sterlinq təşkil edir. Kraliça Qızıl Kuboku qalibə şəxsən təqdim edir. Bütün mükafatları Garrard zərgərlik brendi hazırlayır.
Eyni zamanda Royal Ascot-da ekstravaqant şlyapalarını nümayiş etdirən modabaz xanımlar arasında səssiz yarış keçirilir.

Bu il belə bir böyük hadisə üçün libaslar, şlyapalar və bəzək əşyaları The Ritz London-da keçirilən tədbirdə nümayiş edilmişdi. Təşkilatçılar AWAUK-un dəstəyi ilə Britaniyanın Fortras Limited və UX PR & Events şirkətləri idi.

Beynəlxalq brendlər ilə yanaşı, Azərbaycan dizaynerləri də əsərlərini təqdim ediblər: Salamakhina Azerbaijan brendinin milli ornamentli ipək şalları, Narmeen brendinin "ulduz" formasında zərif zinət əşyaları, Velour brendinin yaddaqalan paltarları və Lumier plus size brendinin ipək libasları.

"Şlyapa" mövzusu Azərbaycanlı dizayner Samirə İsmayılova və London kuturyesi Samira Ebrahimi tərəfindən səslənib. Mozaffarian britaniya zərgərlik evinin zinət əşyaları və Sqwears Couture-dən eksklüziv tədbirin qonaqlarına böyük təsir bağışlayıb.

"Bu il Royal Ascot-da Azərbaycan dizaynerlərinin əsərlərinin təqdim olunmasından çox məmnunuq. Onlar The Ritz-in möhtəşəm interyerində çox gözəl görünüb və dəbdəbəli London ictimaiyyəti tərəfindən heyranlıqla qarşılanıb" – Fortras şirkətinin baş direktoru Ağa Rəsulov bildirib.