NARGIS MAGAZINE
Bloqlar

Zeynəb Cahan: Samir Salahovun Streetart'ı

Samir Salahovu hər kəs olduqca qeyri-adi, qrafikaya yaxın üslubda işləyən küçə rəssamı kimi tanıyır. Onu həm rəssam, həm dizayner adlandırırlar, bu da yalnız eşitdiklərimdir. Onun özünü kim hesab etdiyini isəəyyənləşdirmək çətindir - bugünkü qəhrəmanımız özü haqqında danışmağı çox da sevmir. Mən onu danışdırmağa çalışdım və bu alındı. 

74907d3c-d623-4c77-bece-f533488e8e86

Özümü "ciddi" olaraq rəssamlıqda sınamağa uşaqlıq həvəsimi xatırlayaraq haradasa ikinci kursda başladım. İlk olaraq qrafikadan başladım (akvarel), sonra dijital ilə maraqlandım. Özüm üçün yeni materialları kəşf edərək həm kətana, həm divara və həm də rəqəmsal formata ötürülən obrazlar yaratdım.

wolfres2017

Streetart nədir? İctimai məkanda, bizim vəziyyətimizdə isə - birbaşa küçədə özünü yaradıcı olaraq ifadə etmək deməkdir. Diqqətli bir baxışla bayağı vandalizmi maraqlı bir fikirdən ayırd etmək mümkündür. Lakin kəmiyyət keyfiyyətə üstün gəlir, diqqətli olun.

valik2014

Bakıda, öz işində ilk olmaq çox asandır və mən şəxsən bir çox üslub və istiqamətlərin pionerlərini tanıyıram. Amma mən bunun xüsusi qeyd olunmasına qarşıyam, çünki bu gün rəssamların yaşadığı – özünə sonsuz heyranlığı getdikcə çox müşahidə edirəm. Bu vəziyyətdə yaradıcılığa təsir yalnız daxildən baş verir, bu da mənim heç xoşuma gəlmir. Əlbəttə ki, yaradıcılıq şöhrətpərəstliyi dünyanın hər yerində mövcuddur, lakin mənim anlayışımda bu özünü inkişaf etdirməni ləngidir.

anteater_ready

Əgər seçdiyim işin üstünlükləri haqqında danışsaq, mən aşağıdakı bayağı səbəbləri qeyd edəcəyəm:

а) bu mənim xoşuma gəlir;

б) bununla dolanmaq üçün gəlir əldə etmək olur.

Ən az adi olanlar arasından mənim yaradıcılığımın ən geniş diapazonda tətbiq olunduğunu qeyd etmək istəyirəm. Bu yaxınlarda Dihaj qrupunun konsertinin səhnəsini tərtib edirdim, bu mənim belə bir işdə ilk təcrübəm idi. İndi özümü animasiyada sınayıram və bu istiqamətdə daha da irəliləmək istəyirəm. Təkcə rəssamlarla deyil, həm də kreativ sənayedəki insanlarla - musiqiçilər, yazıçılar, rejissorlar ilə də işləmək maraqlıdır. Axı bizim hamımızın ortaq bir işi var, yaradıcılıq prosesi kəsişir və nəsə yeni bir şey öyrənmək şansı var. Musiqi albomuna üz qapaq, kitaba - illüstrasiya lazımdır və s.

11234

Müasir rəssam üçün zəruri xarakterik xüsusiyyət nədir? Hər şeyə canlı maraq göstərmək, məlumatları filtrdən keçirməyi bacarmaq. Bir şeydə ilişib qalmamaq, yaradıcı işi peşəyə çevirməmək. Ya da əksinə, hər hansı bir seçilmiş intizamda ən yaxşısı olmaq.

boar_1

Bu işdə mənə ən çətin gələn - yeni bir işə başlama qorxusudur. Elə bilməyin ki, bu məni durdurur. Sadəcə hər zaman bu və ya digər bir şeyi necə asan, daha əlçatan etməyi düşünürəm. Bir memar kimi əvvəlcədən iş planını hazırlayıram. Amma bu sadəcə mənim üsulumdur. Bütün rəssamlar bunu edirlər və ya etməlidirlər deyə təkid etmirəm.

285ad57d-63ba-4ecd-b1d6-9db08e0af0d3

İş prosesində mənə musiqi lazımdır. Və mənim fikrim yayındırılmamalıdır. Mən təklikdə işləməliyəm - bu, son vaxtlar qətiyyətlə qərar verdiyim bir nəticədir. Musiqiyə gəldikdə isə, mənim playlistimdə nə olduğunu sadalamaqdansa, nəyi dinləmədiyimi demək daha asandır. Elektronika prioritetdir. Kantrini dəqiq sevmirəm.

img_3319

Mənim haqqında maraqlı bir fakt - məndən müntəzəm olaraq Tahir Teymuroviçin qohumu olub-olmadığımı soruşurlar. Beləliklə, ona bəslədiyim böyük ehtirama baxmayaraq - xeyr. 

img_5340

Bakı ilə münasibətim çox çətindir, necə deyərlər love-hate. Şəhər adətən ilhamlandırır, işləməyə meyl yaradır.

img_3304

Məni işlərimin vasitəsilə tanımaq olar – əlaqələndirib müqayisə edərək. Emalatxanadakı həmkarlarım nə desələr də, rəssamın bütün işləri onun özü haqqındadır. Kimsə özünü işlərində açıq şəkildə əks etdirir, kimsə - yox. Bəziləri şüurlu şəkildə, bəziləri isə - şüuraltı.

a8cca96c-a88f-446d-b724-81e4371950fe

Mətn və foto: Zeynəb Cahan