NARGIS MAGAZINE
Bloqlar

Victorianın 10 illik qələbəsi!

Victoria Beckhamın adı harada çəkilsə, onun haqqında fərqli fikirlər söyləndiyini eşitmişəm. Bəziləri onun uğurunu həyat yoldaşının populyar olmasına bağlayaraq, zəhmətini görməzdən gəlirlər, bəziləri isə Spice Girls qrupunun vokalistinin moda sənayesinin ən ikonik siması olduğu faktını qəbul edə bilmirlər. Victoria Beckhamı sevib və ya nifrət etdiyinizdən asılı olmayaraq, mən inanıram ki, onun bu səviyyədə şəxsi və karyera nailiyyətləri tərifə layiqdir. 

Viktoria minimalistik, bununla yanaşı maksimal dərəcədə şıq və qadınsı bir kolleksiya daha buraxaraq öz brendinin 10 illiyini qeyd etdi. Bu birinci ildir ki, Britaniya brendi öz kolleksiyasını Londonda nümayiş etdirir. Əvvəl o, Nyu-York Həftəsinə daxil idi. 16 sentyabr bazar günü Viktoriyanın yaxın dostları və qohumları Dover Street-də yerləşən Victoria Beckham flagman butikinin yaxınlığındakı Mayfair rayonunda Galerie Thaddaeus Ropac'da keçirilən şousunun bağlanışına gəldilər. 

Şou hər kəs tərəfindən alqışlandı və Londonun ən tanınmış moda tənqidçiləri olan Tim Blanks, Edward Anninful və Alexander Fury'dən müsbət rəylər aldı. Şoudan sonra Britaniyanın Vogue jurnalı Londonun ən qlamur Annabel’s Mayfair klubunda xüsusi əyləncə gecəsi təşkil etdi. Siz yəqin ki, özünüz Instagram lentinizdə gecədən qısa videolar və fotolar görmüsünüz. Deməliyəm ki, bu inanılmaz idi! Britaniyanın Vogue jurnalı səbəbkarın ailəsi ilə birlikdə fotosunu sentyabr sayının üz qapağında yerləşdirdi və onun gündəlik həyatından qısa ekskursiya dərc etdi. 

Victoria Beckhamın tərzi zəmanəmizin klassik ledi-boss obrazını yaradır. Bu praktik, silueti dəqiq vurğulayan, konservativ, amma həssaslığa işarət edən tərzdir. Öz kolleksiyalarını o məhz bu anlayışların ətrafında yaradır və mən də qeyri-ixtiyarı olaraq biznesinin və onun arasında şəxsi münasibətinin necə qurulduğunu düşünürəm. 

Onun Londondakı yeganə mağazası, Mayfair rayonundakı Dover streetdə yerləşən townhouse-da Victoria Beckham flagman butiki - dizaynerin detallara qarşı nə qədər diqqətli olduğunun illüstrasiyasıdır. Qalereya kimi inşa edilən bu butik arxasında üç mərtəbəli townhouse interyerinə heyranedici mənzərəsi açılan çərçivəsiz, vitrinsiz şüşəli fasadı ilə fərqlənir. Keçən il Neo Investment Partners brendin 30% hissəsini 40 milyon dollara satın alıb. Amma insanların əksəriyyəti bilmir ki, marka gəlir gətirmir. 2016-cı ilə qədər olan zərərlər 11 milyon dolları keçib. Viktoria biznesini duyğuları və uzunmüddətli hədəfləri ilə idarə edir və bu da lüks brend üçün ümumi olaraq uğurunu heç bir şəkildə dəyərdən salmayan olduqca yayılmış bir haldır. 

Şəxsən mən Victoria Beckhamın yaratdığı, bir çox qadınları ilhamlandırdığı və həyatdan maksimum dərəcədə zövq aldığı obrazların pərəstişkarları sırasındayam. Həm ana, həm həyat yoldaşı, həm tərz ikonası, həm də zamanla ayaqlaşan biznes ledi olmaq çox həyəcanlandırıcıdır və belə qadınlar mütləq çox olmalıdır!