NARGIS
Ru En
NARGIS MAGAZINE
Afişa

12-13-14 Aprel

Cümə günü Macarıstanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunmuş, fransız fotoqraf Bruno Burel və Parti Nagi Layşoun ekspozisiyasına yetişə bilərsiniz.

 

Harada: Maqsud İbrahimbəyov mərkəzi
 
Nə zaman: 12 aprel, 17:00 dək

 

Bakıda «Kreml baleti» teatrı «Min bir gecə» tamaşası ilə çıxış edəcək. Qastrollar bu tamaşa üçün unikal dekorasiyalar hazırlayan Azərbaycan və Rusiyanın Xalq rəssamı Tahir Salahovun 90 illiyinə təsadüf edir. Həmin gün qonaqlar Azərbaycan bəstəkarı Fikrət Əmirovun musiqisindən və şah Şəhriyarla gözəl Şəhrizadə haqqında hekayəni birləşdirən orta əsr ərəb nağılları toplusuna əsaslanan möhtəşəm tamaşadan zövq ala biləcəklər. Quruluşçu-xoreoqraf Rusiyanın xalq artisti Andrey Petrovdur.

Harada: Heydər Əliyev adına saray
 
Nə zaman: 12 aprel, 19:00

 

Cümə günü Lermontovun «Maskarad» dramasını yeni interpretasiyada görə biləcəyik.

 

Harada: Rus Dram teatrı
 
Nə zaman: 13 aprel, 19:00

 

Şənbə günü Bakıda dördüncü dəfə hər il keçirilən «Total imla» təhsil aksiyası keçiriləcək. Bu aksiya həmin gün bütün dünyada 3100-dən çox meydançada baş tutacaq! İştirak etmək üçün əvvəlcədən totaldict.ru saytında qeydiyyatdan keçmək lazımdır. Aksiyada həm də onlayn iştirak etmək mümkündür!

 

Nə zaman: 13 aprel

 

«Deqa. Mükəmməllik ehtirası» filmi bizə fransız rəssamın keşməkeşli həyat yolunu göstərir: uğursuzluğu nə qədər dərin yaşadığını, bədii prinsipləri necə inkişaf etdirdiyini, yeni texnikalarla eksperiment apararaq öz idealını necə axtardığını... Filmdə onun nəinki məşhur, həm də nadir rəsmləri, Deqa ilə eyni dövrdə yaşayan insanların şahidlikləri və özünün məktubları nümayiş olunur.

 

Harada: Park Cinema, Flame Towers
 
Nə zaman: 14 aprel, 13:00

 

Balaca tamaşaçılara bu bazar günü Azərbaycan xalq nağıllarının motivləri əsasında «Cırtdan» opera-nağılı təqdim olunacaq.

 

Harada: Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı

Nə zaman: 14 aprel, 14:00

 

Tarix sevərlər üçün Türk tarixçisi və beynəlxalq əlaqələr üzrə professor İlbər Ortaylı «Qafqaz tarixi» məruzəsi ilə çıxış edəcək.

 

Harada: Heydər Əliyev mərkəzi
 
Nə zaman: 14 aprel, 15:00

 

Bu bazar Fransanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə keçirilən frankofoniya həftəsi çərçivəsində Maya Bağırovanın «Paris» adlı foto sərgisi keçiriləcək.

 

Harada: Art Tower Gallery
 
Nə zaman: 14 aprel, 19:00

 

Bu il beşinci dəfə “Qızıl Maska kinoda” keçirilir – böyük ekranda Lev Dodinin quruluşunda Malıy Teatr – Avropa teatrının “Albalı bağı" tamaşasını seyr etmək üçün əla fürsət.

 

Harada: Park Cinema Metro Park
 
Nə zaman: 14 aprel, 19:00