NARGIS MAGAZINE
Həyat tərzi

13-14 oktyabr

10-21 oktyabr tarixlərində Bakıda 9-cu Avropa Film Festivalı keçirilir. Bu həftə sonu Seriglio Graciano (Portuqaliya) "İtirilmişlər", Aygars Graubanın (Latviya) "Dream Team 1935" və daha bir neçə maraqlı filmi seyr edə bilərsiniz. Həftə ərzində isə Alber Dupontelin fransız dilində rus subtitrləri ilə "See You Up There" və Philippe van Leeuw-un "In Syria" filmlərini qaçırmamağa çalışın. "In Syria" filmi Berlinale Film Festivalında tamaşaçı rəğbəti mükafatına layiq görülmüşdür.

 

 

Dirijor, musiqiçi və bəstəkar İqor Ponomarenkonun rəhbərliyi altında "IP Orchestra" Simfonik Orkestri məşhur rok-qrupların hitlərini ifa edəcək.

 

Harada: H.Əliyev adına sarayda

Nə vaxt: Konsert 13 oktyabr 19: 00-da keçiriləcək.

 

Şənbə günü gözəl musiqi ilə çoxlu salsa, bachata, kizomba və cha-cha-cha olacaq!

 

Harada: Buta Salsa, M. Muxtarov küç.,7

Nə vaxt: 13 oktyabr, saat 19:00

  

Let’s Gobustan ilə birlikdə Kiçikdaşın aşağı terrasında ibtidai insanın sakin olduğu yerləri, petroqrafları və digər izlərini axtarırıq. Onların səhifəsindəki yenilikləri izləyin.

 

Nə vaxt: 13 oktyabr, saat 12:00

  

Bazar günü "Böyük Britaniyaya azərbaycanlı rəssamların gözü ilə" plein air'i ziyarət edə bilərsiniz. Burada həm gənc, həm də təcrübəli rəssamlar iştirak edəcək.

 

Harada: Art Tower Gallery

Nə vaxt: 14 oktyabr, saat 14:00 – 17:00

 

YAY Travel Şirvan Milli Qoruğuna bir günlük səyahət təşkil edir. Səyahətə ekskursiya və foto-ov daxildir. Uşaqlarınızı özünüzlə götürün, onlara çox maraqlı olacaq.

 

Nə vaxt: 14 oktyabr, saat 8:00 – 18:00

 

Rejissor Ron Howardın "Ağıl Oyunları" filmini ingilis dilində izləyirik və müzakirə edirik. Əvvəlcədən qeydiyyatdan keçməyi unutmayın!

 

Harada: Baku City Academy

Nə vaxt: 14 oktyabr, saat 13:00

  

Baku Jazz Festivalı "Grammy" mükafatına dəfələrlə namizəd olan tanınmış cazmen Omarın yubiley konserti ilə açılacaq.

 

Harada: Elektra Events Hall

Nə vaxt: 14 oktyabr, saat 20:00

 

"Yeddi Gözəl" baleti Azərbaycan balet sənətinin incisi hesab olunur və hər dəfə anşlaqla keçir. Qaçırmayın!

 

Harada: Opera və Balet Teatrı

Nə vaxt: 14 oktyabr, saat 19:00