NARGIS
NARGIS MAGAZINE
Mədəniyyət

13 təəccüblü fakt: Gülməlidən dəhşətlisinə qədər...

Dünyamız üstü açılmamış sirlər, tapmacalar və qəribə, hətta bəzən vahimə gətirən hadisələrlə doludur. Gündəlik həyatımıza aludə olaraq, biz sıx meşələrdə nələrin gizlənməsi, qədim qəbilələrin həyatının sirləri, başqa ölkələrdə hansı təəccüblü qanunların qüvvədə olması və ana təbiətimizin hansı möcüzələri yaratmağa qadir olması barədə heç düşünmürük də... Hərçənd insanın təcrübəsi göstərir ki, dünya düşüncələri lərzəyə gətirən və inanması mümkün olmayan faktlarla doludur. Yer təbiətinin və insan zəkasının 13 inanılmaz məhsulunu diqqətinizə təqdim edirik.

 1. Şokoladlı kosmos

screen_shot_2017-09-06_at_11.45.35_am

Şokoladlı kosmeya Сosmos atrosanguineus – 1 metrdən 1,5 metrə qədər hündürlüyü olan çoxillik ot bitkisi. Onun tünd qırmızı məxməri çiçəkləri bir qədər vanil qarışığı olan açıq-aşkar şokolad ətri yayır. Kök yumrusunun bölünməsi yolu ilə çoxalır. Bu inanılmaz dərəcədə ətirli, həm də gözəl bitkinin vətəni Meksikadır. Məhz öz ilahi ətrinə görə şokoladlı kosmeya az qala yer üzündən silinəcəkdi: XX əsrin əvvəllərində Meksikada şokoladlı kosmeyanın yalnız bir kolu bitirdi! Yaxşı ki, alimlər vaxtında ayıldılar və 1902-ci ildə bu yeganə nüsxədən laboratoriya yolu ilə toxumlar əldə edildi. Sonradan şokoladlı kosmeya toxumu bir çox sahələrə əkildi və bu gün vanilli şokolad ətrini dünyanın bir çox guşələrində duymaq mümkündür. Alimlərə əhsən!

 2. Qızıl daş

kamen

Myanmada, Mon ştatındakı Çayttiyo dağında qəribə buddist müqəddəsatı – Qızıl daş - yerləşir. Bu, sanki uçurum üzərində asılı vəziyyətdə qalan nəhəng qaya parçasıdır. O, artıq bir neçə minilliklərdir ki, buradadır və bu zaman ərzində təbiətin bütün şıltaqlıqlarına sinə gələrək bir millimetr belə tərpənməyib. Qeyri-adi daşa yetişmək üçün dağ yolu ilə 16 km yol qət etmək lazımdır. Daş üzərində ucaldılan və dərin uçurum üzərində müvazinətini saxlayan miniatür paqoda “sahibi”ndən ayrılmazdır. Həm daş, həm də paqoda zərvərəq qızılla örtülüb, adı da elə burdan götürülüb. Əfsanəyə görə, bu kiçik paqodada Buddanın saçları gizlədilib: məhz onlar da daşı qayadan qopmağa qoymur.

3. Ləzzətli tikə

bisquit_heart

Müasir insanlar, bir qayda olaraq, özlərini nigah bağları ilə məhdudlaşdırmağa tələsmirlər. Lakin bəxtinizə Danimarkada yaşamaq düşübsə, qayğıkeş qonşular və dostlar sizə həyatınızı subay başa vurmağa imkan verməyəcəklər. Bunun üçün orada müəyyən ənənə mövcuddur: 25-yaşı tamam olduğu gün səbəbkar hələ ömür-gün yoldaşı tapmayıbsa (və ya hansısa səbəblərə görə istəməyibsə), kifayət qədər əylənən və bayram yeməklərindən dadan dostlar, qəfildən onu əhatəyə alırlar, küçəyə çıxarırlar və... başdan ayağa üstünə bolluca darçın səpirlər. Məlum olduğu kimi, bu ədva kifayət qədər dayanıqlı ətirə malikdir. Beləliklə də, kulinar ətri duyan zərif cinsin ərə getməyən nümayəndələri çəkinmədən kifayət qədər yetişmiş və üstəlik dadlı ətir saçan subay kişiyə tanış olmaq üçün yaxınlaşa bilərlər.

4. Fikusla roman

 indian

Hindlilər xurafatçı xalqdır. Odur ki, onların şər ilə mübarizə aparmaq üçün həmişə bəhanələri var. Səbəb çox, ayinlərin isə sayı-hesabı yox. Yəqin, elə buna görə də hindlilərın həyatı tamamən maraqlı tamaşaya bənzəyir! Məsələn, yeni doğulan qız uşağının dişi varsa, ailədə həyəcan təbili çalınır: bu açıq-aşkar zalım ruhların fitnəsidir. Bu zaman hindlilər xüsusi ayin icra edirlər – uşağı... itə ərə verirlər. Əlbəttə ki, rəmzi olaraq, zülmət xidmətçilərini azdırmaq məqsədi ilə. Hindistan, hər bir amili nəzərə alaraq kifayət qədər demokratik ölkədir: orada ağaca (əgər siz manqaliksinizsə), banana, pipala fikusuna ərə gedə bilərsiniz... Toy mərasimi “sevgilinin” hər kəsin göz önündə yandırılması ilə sona çatır. Bundan sonra yenicə dul qalan qız təmiz vicdanla və karma ilə yenidən, artıq insana ərə gedə bilər.

5. Adamyeyən karavaylar

screen_shot_2017-09-06_at_1.53.58_pm

Papua-Yeni Qvineya planetin ən ekzotik guşələrindən biridir və çox zəngin təbiətə malikdir, lakin əsas dəniz yollarından kənarda yerləşir. Digər bəşər övladına o yerlərdəki həyatı hətta təsəvvürünə gətirmək belə çətindir. Bu yaxınlarda alimlər adanın çətin keçilə bilən ərazisində daş dövründə yaşayan karavaylar qəbiləsi aşkarlayıblar. Təcrid olmaları yerli sakinlərin zehinlərinin inkişafına və kreativ bacarıqlarına mane törətməyib: təhlükəsizlik məqsədi ilə onlar Pandora aboriqenləri, na’Vilər kimi ağaclarda yaşayırlar və evlərini 20-50 metr yüksəklikdə tikirlər. Onlar həris hannibaldırlar, mədələrinə görə hətta gözəllərə belə rəhm etmirlər. Mütəmadi olaraq bu gözəlləri həm timsahların pis ovlanmasında, həm kokos palmalarının gec böyüməsində günahları olan şər ruhlara qurban gətirirlər. Daha sonra isə böyük süfrə başında toplaşırlar. Karavaylar ağ adamlardan da iyrənmirlər. Sadəcə onların ətinin çox sərt və duzlu olmasından şikayətlənirlər.

6. Ölmək qəti qadağandır

screen_shot_2017-09-06_at_1.52.49_pm

Norveçin Qərbi Şpitsberqen adasında yerləşən Lonqyir adasında insana sağlamlığının qeydinə qalmaq, ən əsası isə, bu yerlərdə qətiyyən ölməmək tövsiyə olunur! Xüsusi qanun şəhər ərazisində dəfn olunmağı qadağan edir. Kimsə ağır xəstəliyə düçar olduqda və ya ölümlə nəticələnən bədbəxt hadisə baş verdikdə, sakit ölmək üçün zərərçəkəni dərhal təyyarə və ya gəmi ilə Norveçin başqa yerinə, “Böyük torpağa” göndərirlər. Qəzəblənməyə tələsməyin: bu, hökümətin şıltaqlığı, dini və ya milli maneə deyil. Bu, sakinlərin təhlükəsizliyi üçün zəruri tədbirdir: Lonqyir daimi buzlaq üzərində yerləşir və dəfn edildikdən sonra bədən heç bir çürüntüyə məruz qalmır. Bu isə ətrafda kifayət qədər olan yırtıcıları – ağ ayıları cəlb edir!

7. Əmin deyilsənsə, çox yemə!

strannye-zakony-mira-mini

Amerikanın Men ştatının Cənubi Bervik şəhərində günümüzdə çox aktual olan düzgün qidalanmamağa görə cərimə tətbiq edilir: avtomobili “Dunkin’ Donuts” kafesinin yanında saxlayanı 175 dollar cərimə gözləyir. Bu üsulla yerli hökümət millətin səhhətinin qeydinə qalır, eyni zamanda şəhər büdcəsini də artırır... Almaniyada avtobanda avtomobilinizin benzini qurtararsa siz boş benzin bakına görə 90 avro cərimə ödəməli olacaqsınız. Birləşmiş Ərəb Əmirliklərində isə ictimai yerlərdə şirə, çay və digər alkoqolsuz içkilər içməyə görə 500 dollar cərimə gözləyir (alkoqollu içkilərin içilməsinə görə isə birmənalı həbs nəzərdə tutulub). Amma bu bütün il deyil, yalnız Ramazan ayı boyunca baş verə bilər. Bu ay ərzində əsl müsəlmanlar qaranlıq düşənə qədər nə yeyir, nə də içirlər. Bu məbləği olmayanı isə bir aylıq həbs cəzası gözləyir.

 8. Qadağan olunmuş meyvə

0_ba708_79f546ad_xxl

Seyşel adaları – bayram və əyləncənin hökm sürdüyü, vicdan əzabı çəkmədən ən şirin günah olan tənbəlliyə aludə ola biləcəyiniz, isti dəniz küləyi əsən, dənizin uzandığı, özünəməxsus kreol təbiətinin və əfsanələrin ağuşuna düşdüyünüz Yer üzündəki Cənnətdir... Seyşel florasının ən başlıca görməli nümunəsi – yelpikli palmanın meyvəsidir. Onun qeyri-adi, çoxmənalı forması yeni romantik əfsanəni yaratmaya bilməzdi.

4_27

Hərçənd “koko-de-mor”u (“dəniz kokosu”) yalnız bu səbəbdən dünyanın 8-ci möcüzəsi adlandırmırlar: onun çəkisi 25 kq, gövdəsi isə 1 metrə çatır, bu da Yer üzündə ən böyük deməkdir. Kreol əfsanəsinə əsasən, bu kokoslar – kişi və qadın olaraq – dəniz sahilində məhəbbət oyunları üçün görüşürlər. Amma bunu yoxlamağı məsləhət görmürük: hesab edilir ki, təsadüfi şahidi qaçılmaz ölüm gözləyir.

9. Qap-qara toyuq...

_

Ayam semani növündən olan bu quş İndoneziya adalarındakı vəhşi bankiv toyuqlarından törəyib. Onlar dominant genə malikdirlər ki, bu da hiperpiqmentasiyaya gətirib çıxarır. Odur ki, bu toyuqlar yalnız çöldən deyil, içərindən də qara rəngdədir. Onu Orta və Şərqi Yava, Sumatra və Madura sakinləri bəsləyirlər. Bu növ çox yumurtlamaqla fərqlənmir (ildə cəmi 100 yumurta, hərçənd orta illik norma 300 yumurtadır). Amma yerli əhali bu qeyri-adi quşların fövqaladə qüvvəyə malik olduğunu düşünərək onları ayinlər keçirmək məqsədi ilə əldə edirlər. Hollandiyalı alim Yan Stevernik uzun müddət bu növü tədqiq etmiş və yalnız 1998-ci ildə ilk quşları və yumurtaları inkubasiya üçün Avropaya gətirmişdi. Kulinarlara inansaq, piqment ətin dadını qətiyyən xarab etmir, hətta avropalılar bu toyuqları sırf estetik məqsədlər üçün saxlayırlar. Yaxud yenə də ayinlər keçirmək üçün...

10. Quyruqsuz mer

stubs-drinks-by-his-photo

1997-ci ildə Alyaska ştatının Talkitna ərazisindəki dükanın meneceri Lori Stek gələcək meri sözün əsl mənasıyla pişik balaları ilə bir qutuda tapıb. Məsələ isə belə olub. Kimsə yenicə doğulmuş, həm də kor pişik balaları ilə dolu qutunu abtomobillərin park olunduğu ərazidə unudur. Lori sahibləri tapdıqda, onlar bu balalardan istədiyi birini seçməyi təklif edirlər. Stek, onun zənnincə onlardan ən orijinalını seçir – quyruqsuzunu. Elə həmin il mer seçkilərində namizəd-siyasətçilərdən narazı qalan Talkitna sakinləri özləri seçim edəcəklərini bəyan etdilər. Stek zarafatla öz sevimlisini təklif etdi. Və... 900 nəfərin hamısı onun “lehinə” səs verdi! O zamandan mer dəyişməyib. Görünür Stabbs vəzifəsinin öhdəsindən heç də pis gəlmir.

 11. “Yaşıllar” partiyasından senator

file

Heyvanlara qarşı olan məhəbbət maniyaya keçməyəcəyi təqdirdə gözəl xüsusiyyətdir. Təəssüf ki, məhz bu hadisə öz sərsəm hərəkətləri ilə məşhurlaşan Roma imperatoru Kaliqulanın başına gəlib. İmperator öz dördayaqlı dostu İnsitatusu - İspaniya cinsindən olan açıq boz rəngli atı – o qədər sevirdi ki, ona fil sümüyündən axuru və qızıldan təknəsi olan mərmər tövlə tikdirmişdi. Əbədi şəhərin ən yaxşı kuturyeləri ata qiymətli daşlarla bəzədilən al qırmızı çul tikir, ən yaxşı zərgərlər isə onun üçün mirvaridən bəzək düzəldirdilər. Ətrafındakılar onsuz da Kaliqulaya ehtiyatla və inamsız yanaşırdılar, lakin o, əvvəlcə öz sevimlisini Roma vətəndaşı, sonra senator, ardından isə konsul postuna namizədlər siyahısına daxil etdikdə, imperatorun taleyi həll olundu. Kaliqula sui-qəsdçilər tərəfindən öldürüldü, İnsitatusa isə diplomatiya sahəsində çıxış etmək nəsib olmadı. İmperatorun qətlindən sonra onu müdafiə edərək deyirdilər ki, digər senatorlardan fərqli olaraq, o, heç kimi öldürməyib və imperatora bir dənə də olsa axmaq məsləhət verməyib.    

12. Sümükləri yuyaraq

manene_indonesia_www.pixanews.com-7

İndoneziyanın Sulavesi adasının cənubunda yaşayan toraca camaatı bütün həyatları boyu ölülərə xidmət göstərirlər. Burada kasıb yaşayırlar, amma hər ailə mütləq şəkildə qəribə ayin üçün pul toplayır: bir neçə ildən bir toracalar ailəvi sərdabələri açır və sözün asl mənasında çoxdan dünyasını dəyişmiş qohumlarının sümüklərini yuyurlar, imkan dairəsində onlara təmiz paltar geyindirir və yerlərinə uzadırlar. Belə sərdabələr sıldırım qayada yonulan oyuqlardan ibarətdirlər, meyitlər də məhz orda saxlanılır. Cəngəllikdə hava həmişə rütubətlidir, qayanın meylliliyi mənfi olduğundan isə, ondan çox vaxt su damcılayır - sanki əcdadlardan özünəməxsus salam, guya məzar yağışı.

dsc08775-2

Növbəti dəfə sümüklər yuyulduqdan sonra təmtəraqlı yas məclisi qurulur, öküz və ya donuz qurban kəsilir. Bu əbədiyyətə qovuşanlara lazımdır və ya yarıtox toracalar belə üsulla bir-birini dəstəkləyirlər – bunu yalnız ehtimal etmək olar.    

13. Üzə düşdü

human_skin_books

Helvetsi əbəs yerə demirdi: “Kitablar arasında, insanlar arasında olduğu kimi, həm yaxşı, həm də pis cəmiyyətə düşmək olar”. Həqiqətən də, bəzi kitabları ancaq nəhs adlandırmaq olar! ABŞ-ın ən böyük və məşhur Harvard kitabxanasının əməkdaşları bir dəfə gözəl, ideal hamar üzlüyə malik 3 qədim cildə diqqət yetirərək, bu üzlüklərin hansı materialdan hazırlanmasını aydınlaşdırmaq qərarına gəlirlər. Analizlər hər 3 üzlüyün insan dərisindən hazırlandığını müəyyən etdikdə onların təəccübünü təsəvvür etmək çətindir! Eyni zamanda aydın olub ki, ən azı bir halda dəri diri insanın bədənindən qoparılıb. Belə ifşaya isə Roma poeziyası toplusu, Orta əsr İspaniya qanunvericiliyi haqqında traktat və fransız fəlsəfəsi haqqında əlyazma məruz qalmışlar.