NARGIS MAGAZINE
Afişa

15-16-17 noyabr

Bu il "Caspian Ecology" ekoloji sərgisi onuncu ildönümünü qeyd edir – və bu münasibətlə Bakı Ekspo Mərkəzinin foyesində çərşənbə günündən etibarən Aytən Abdullaeva və Nəzrin Musayeva kimi rəssamlarının işlərini, eləcə də “Təmiz şəhər” ASC-nin “Tullantıdan sənətə” kolleksiyasından olan əsərləri görə bilərsiniz. Tələbələr tələbə vəsiqəsini təqdim edərək sərgidə iştirak edə bilərlər. Valideynlər isə uşaqlarını xüsusi təchiz olunmuş zonada Bağçam uşaq bağçasının müəllimlərinin nəzarəti altında buraxa bilərlər. Sərginin rəsmi saytında qeydiyyatdan keçmək olar. 

Harada: Bakı Ekspo Mərkəzi

Nə zaman: 15 noyabr, 16:30 qədər

 

Cümə günü yaxşı əhval-ruhiyyə üçün Maksim Qalkinin yaradıcılıq gecəsinə gedirik. Artist Bakıda iki saatlıq stand up şou ilə çıxış edəcək.

Harada: Heydər Əliyev Sarayı

Nə zaman: 15 noyabr, 20:00

 

Tətbiqi sənət ustaları ilə tanış olmaq, orijinal əl işləri əldə etmək, xeyriyyə tədbirinə qoşulmaq, uşaqlarla birlikdə dulusçuluq üzrə master-klasslarda iştirak etmək, bijuteriya toxumağı və su üzərində ebru rəsmi çəkməyi öyrənmək bu şənbə keçirilən 33-cü əl sənətləri festivalında mümkün olacaq.

Harada: Passage 1901

Nə zaman: 16 noyabr, 11:00 – 20:00 

 

Kinoteatrlarda Böyük Britaniya Kral Milli Teatrının keçmiş bədii rəhbəri, Lourens Oliviye vəToni mükafatının laureatı britaniyalı teatr və kino rejissor Nikolas Haytnerin quruluşunda Şekspirin "Yay gecəsində yuxu" pyesinə əsasən yeni london teatrının ultramüasir maşineriyası nümayiş olunacaq

Harada: Park Cinema Flame Tower

Nə zaman: 16 noyabr, 10:00 

 

Rusiya Dövlət Akademik Malıy Dram Teatrı qastrollarla Bakıda çıxış edəcək. Şənbə və bazar günləri Qoqolun  "Evlilik" pyesi əsasında Yuri Solominin yeni tamaşasını nümayiş etdirəcəklər.

Harada: Rus Dram Teatrı

Nə zaman: 16 və 17 noyabr, 19:00

 

 

Şənbə günü Azərbaycanın xalq artisti Şövkət Ələkbərovanın xatirə gecəsi keçiriləcək – onun repertuarından ən məşhur mahnıları Azərbaycan sənətçiləri ifa edəcək. 

Harada: Heydər Əliyev Sarayı

Nə zaman: 16 noyabr, 19:00

 

#АртЛекторийВкино Venesiyanın sonuncu böyük heykəltəraşı haqqında "Kanova" adlı yarım saatlıq italyan sənədli filmini Bakıda nümayiş etdirəcək

Harada: Park Cinema Flame Tower

Nə zaman: 17 noyabr, 13:00

 

İçərişəhərdə "Fuad və Köhnə şəhərin tarixi" adlı silsilə tədbirlər keçiriləcək. Bu şənbə günü Fuad Axundovun "Köhnə Bakı memarlığında sevgi motivləri" adlı mühazirəsini dinləyirik. 

Harada: Şirvanşahlar Sarayı

Nə zaman: 16 noyabr, 15:00 

 

Bu həftə sonu Baku Fashion Expo layihəsinin ikinci mövsümü instalyasiyalar, ustad dərsləri, Azərbaycan dizaynerlərinin moda nümayişi, Pənah Mehdinin foto sərgisi və dizayn şourumu ilə keçəcək. Bundan başqa hər gün moda haqqında filmləri pulsuz olaraq seyr etmək olar: cümə günü - Kim Besincer, Culia Roberts, Marçello Mastroyanni və Sofi Lorenin iştirakı ilə "Yüksək moda" komediyası; şənbə günü – Vogue US redaksiyasının mətbəxi haqqında "Sentyabr sayı"; bazar günü isə – baş rolda Odri Tatunun iştirakı ilə "Koko Şanel" filmləri nümayiş olunacaq. 

Harada: Baku Business Center

Nə zaman: 15, 16 və 17 noyabr, 20:00

 

Həftə boyu Polşa Film Festivalında filmləri pulsuz izlədik. Hələ üç gün daha var: cümə günü "Yuliuş" romantik komediyası, şənbə günü – "İt pişik kimi", bazar günü isə "Soyuq müharibə" filmləri nümayiş olunacaq. Hər üç film 2018-ci ildə buraxılıb. Giriş sərbəstdir.

Harada: Landmark III Rotunda Hall

Nə zaman: 15, 16 və 17 noyabr, 19:00