NARGIS
Ru En
NARGIS MAGAZINE
Afişa

20-21-22 dekabr

Cümə günü axşamı Xalq rəssamı Kamil Nəcəfzadənin anadan olmasının 90 illiyinə həsr olunmuş sərgi açılır. Ekspozisiyada Azərbaycan Milli İncəsənət Muzeyi və Dövlət Rəsm Qalereyasının kolleksiyalarından savayı, ailə arxivlərindən də rəsm əsərləri və qrafikaları yer alıb.

 

Harada: Muzey Mərkəzi

Nə zaman: 20 – 29 dekabr

 

YARAT ədəbiyyat klubunda "Soyuq suda bir az Günəş" adlı poetik gecə keçiriləcək. Proqramda Y.Yevtuşenko, D.Bıkov, N.Kotovskaya, K.Qaziyeva və digərlərinin şeirləri səslənəcək. Gecənin aparıcıları aktyor və teleaparıcı Oleq Əmirbəyov və Bakı Müəllif Mahnısı Klubunun vitse-prezidenti Vəfa Məmmədovadır.

 

Harada: YARAT Contemporary Art Space

Nə zaman: 20 dekabr, 19:30 – 21:30

 

Emin yeni "Good Love 2019" adlı konsert proqramını təqdim edəcək. Sənətçinin yanvar ayında buraxılan son albomu da eyni adlanır. Romantika heç vaxt çox olmur! 

 

Harada: Heydər Əliyev Sarayı

Nə zaman: 20 dekabr, 20:00

 

Kinoteartlarda "Şelkunçik"lər arasında ən "yeni il ab-havalı"sı, ən sehrlisi nümayiş olunacaq. Baletin quruluşçu rejissoru Yuriy Qriqoroviçdir. Nağıl 144 dəqiqə davam etsə də, böyüklər və altı yaşdan yuxarı uşaqlar bunu dəyərləndirə bilər...

 

Harada: Park Cinema Flame Towers

Nə zaman: 21 dekabr, 10:00

 

“Cırtdan və sehrli xalat” adlı ailəvi meqa-şou hər kəsi sevindirməyə hazırdır: 300 xüsusi kostyum, 120 üfürülmüş oyuncaq və zalda uşaqlarla interaktiv ünsiyyət quran 40 artist, eləcə də 80 rəqqas və akrobat heç kəsi biganə qoymayacaq.

Harada: Bakı Konqres Mərkəzi

Nə zaman: 21 dekabr – 5 yanvar, 12:00, 15:00 və 18:00

 

Хо-хо-хо! Şənbə günü Santa Klausların velosiped yarışı planlaşdırılır! Hər kəs iştirak edə bilər, tək şərt kostyumda olmaqdır.

 

Harada: Azneft meydanı

Nə zaman: 21 dekabr, 10:00

 

2018-ci ildə Andorrada "Salvador Dali: Ölümsüzlük axtarışında" adlı gözəl sənədli film çəkildi. Hadisə 1929-cu ildə başlayır, Dalinin sürrealist hərəkata qoşulmasından sonrakı və 1989-cu ildə rəssamın ölümünə qədər növbəti 60 ili əhatə edir. Filmi rus dilində dublyajla izləmək olar. Yaş həddi: 16+.

 

Harada: Park Cinema Flame Towers

Nə zaman: 22 dekabr, 13:00

 

Bazar günü Elçin Səfərli ilə görüş keçiriləcək. Görüşdə onun “Mən qayıdanda evdə ol” kitabının Azərbaycan dilində təqdimatı olacaq. Giriş sərbəstdir!

 

Harada: Libraff, Hüseyn Cavid prospekti, 100

Nə zaman: 22 dekabr, 15:00 – 17:00