NARGIS
NARGIS MAGAZINE
Afişa

24-25-26 yanvar

Bu həftə sonu ölkənin qəhvə və çay mütəxəssislərinin iştirak edəcəyi üç günlük böyük Baku Coffee & Tea Festival Vol.2 keçiriləcək. "Specialty Coffee" beynəlxalq birliyinin dəstəyi ilə iki milli barista çempionatı keçiriləcək. Qaliblər Azərbaycanı dünya çempionatlarında təmsil edəcəklər. Arzu edən hər bir kəs ən yaxşı çay və qəhvə növlərindən ləzzət ala, seminar və master-klasslarda pulsuz iştirak edə bilər. Təşkilatçılar uşaqları oyun meydançasında qoya biləcəyinizi təmin ediblər.

Harada: Passage 1901

Nə zaman: 24 – 26 yanvar, 11:00 – 19:00

 

Cümə günü Fuad İbrahimovun rəhbərliyi altında Dövlət simfonik orkestri Çaykovskinin" Romeo və Cülyetta" uvertürasını, Şostakoviçin ikinci konsertini və Raxmaninovun "Simfonik rəqslər" əsərini ifa edəcək. Solist – Filipp Kopaçevski.

Harada: Bakı Dövlət Filarmoniyası

Nə zaman: 24 yanvar, 19:00

 

"Sənət haqqında söhbətlər" layihəsi çərçivəsində Valentin Serovun 150 illik yubileyinə həsr olunmuş "Gümüş əsrin dahisi" adlı mühazirə keçiriləcəkdir. Rəssam haqqında Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Fuad Ağayev məlumat verəcək. Giriş sərbəstdir.

Harada: Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi

Nə zaman: 24 yanvar, 14:00

 

İlhamlanmaq qüçün kinoya gedirik! Kinoteatrlarda 45 dəqiqəlik "Əkrəm xan: Əslən Karri Hausdan" rəqs filmi nümayiş olunacaq. Film Britaniyanın gələcək xoreoqrafı, bütün dünyada məşhurlaşan Banqladeşdən gələn mühacirlərin oğlunun həyatının iki həftəsindən bəhs edir. Yaş həddi: 12+

Harada: Park Cinema Flame Towers

Nə zaman: 25 yanvar, 10:00

 

Baş rolda Fidan Hacıyevanın iştirakı ilə "Karmen" operası iyirmi ildir ki anşlaq toplayır. Sənətçinin inandırıcı oyunu, həssas metso-soprano səsi sayəsində Fidan Hacıyeva Azərbaycan operasının ən tanınmış Karmeni oldu. Bu ampluada o, ölkə xaricində də tanınır. Qaçırmayın!

Harada: Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı

Nə zaman: 25 yanvar, 19:00

 

Şənbə günü əməkdar incəsənət xadimi və milli irsin yorulmaz tədqiqatçısı Kübra Əliyeva XVI – XVII əsrlərə aid xovlu Qarabağ və Təbriz xalçaları, naxışlar, terminlər, tarixi faktlar haqqında mühazirə oxuyacaq. Mühazirə Azərbaycan dilində keçiriləcək. Giriş sərbəstdir.

Harada: Azərbaycan Milli Xalça Muzeyi

Nə zaman: 25 yanvar, 14:00

 

Üç yaşdan yuxarı uşaqlara özlərini rəssam kimi sınamaq, gil və gipsdən məmulatları boyamaq çox maraqlı olacaq. Gil və gipsin qeyri-adi kələ-kötür teksturu balaca əllərdə böyük təəssüratlar yaradacaq, hazırladığı əşyanı isə evə apara biləcək. Valideynlərin nəzərinə: əvvəlcədən qeydiyyatdan keçmək tələb olunur!  

Harada: Tarana’s Small Gallery and Café

Nə zaman: 26 yanvar, 14:00

 

"Devid Hokni. Kral Rəssamlıq Akademiyasında pop-art" - dövrümüzün ən məşhur (və ən bahalı) rəssamlarından birinin kinematoqrafik portretidir. Fil Qrabski filmin süjet xəttində rəssamın səs-səda salmış London sərgisini və 80 dən çox yaşı olan və sürətini azaltmağı düşünməyən cənab Hokninin bir sıra səmimi müsahibələrini əsas götürüb.  

Harada: Park Cinema Flame Towers

Nə zaman: 26 yanvar, 13:00