NARGIS MAGAZINE
TƏDBİRLƏR

25-26-27 yanvar

Cümə günü Azərbaycan musiqisinin dahi bəstəkarı Üzeyir Hacıbəyovun ən populyar "Arşın mal alan" operettasını məmnuniyyətlə dinləyərək və izləyərək keçiririk. 

Harada: Azərbaycan Dövlət Musiqili Teatrı

Nə zaman25 yanvar, 19:00

 

Franz Şubertin musiqisinə yazılmış "Böyük nağılbaz" baletinin premyerası ilə balaca eruditlərinizi sevindirmə fürsətini qaçırmayın.

Harada: Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı

Nə zaman: 26 yanvar, 14:00

 

Şənbə günü sərsəri musiqiçilərin şən dəstələrini seyr edirik.

 Harada: Gənc Tamaşaçılar Teatrı

Nə zaman: 26 yanvar, 12:00

 

Bazar axşamı Karlo Qoldoninin pyesi əsasında şən və rəngarəng "Senyor Todero-xuliqan" tamaşası ilə özünüzü sevindirməyi unutmayın.

Harada: Rus Dram Teatrı

Nə zaman: 27 yanvar, 19:00

 

Musiqi Yan Vermeerin yaradıcılığında əsas rol oynayıb. Bu bazar XVII əsrin Hollandiyalı rəssamın rəsm əsərlərini seyr edə və qədim barokko musiqisini dinləyə bilərsiniz.

HaradaPark Cinema, Flame Towers

Nə zaman: 27 yanvar, 13:00