NARGIS
Ru En
NARGIS MAGAZINE
Afişa

26-27-28 İYUL

Aprelin 12-də Vatikanda Avropa Gənclərinin XV Yay Olimpiya Festivalının yanan məşəli və onun simvolu olan "zeytun ağacı" Azərbaycana təhvil verilmişdir. Bu yay paytaxtımızda 10 idman növü üzrə yarışların keçirilməsi, Cırtdan və Qafqaz bəbiri maskotlarının çıxışı, minlərlə könüllünün iştirakı, Baku Crystal Hall-da təntənəli açılış və qapanış mərasimləri gözlənilir. Bu həftə sonu bədii gimnastlar, atletlər, basketbol, ​​voleybol, həndbol və cüdo komandaları, üzgüçülər, tennisçilər çıxış edəcəklər.

Nə zaman: 21 – 27 iyul 

 

Rusiya şou-biznes ulduzları dördüncü dəfə Xəzər sahillərində parlayacaqlar. Onların arasında sevdiyimiz müğənnilər - Qriqoriy Leps, Valeriya, Ani Lorak, Timati, Nastya Kamenskix, Lolita, Filipp Kirkorov və başqaları yer alacaq. Cümə günü səhəri ulduzların məşqçiləri Anna Kanyuk və Fidan Fervidus hər kəs üçün stretçinq təlimləri keçirəcək.

Harada: Sea Breeze Resort

Nə zaman: 25 – 28 iyul, 19:00

 

Bakı Gənclər Mərkəzi və Hindistanın Azərbaycandakı səfirliyi birlikdə Hind Film Festivalı keçirir: hər gün köhnə və yeni filmlər nümayiş olunacaq. Giriş sərbəstdir. Filmlər orijinal hind dilində və ingilis dili altyazısı ilə təqdim olunacaq.

 

Harada: Bakı Gənclər Mərkəzi, Muxtar Fətəliyev küç. 40/89

Nə zaman: 25 – 29 iyul, 15:00 – 17:00

 

Qubada keçirilən iki günlük regional mətbəx Festivalı evdə oturmamaq üçün çox dadlı səbəbdir. Qonaqları musiqi, zəngin yerli mətbəx, kənd məhsulları, uşaqlar üçün oyun zonası və daha maraqlı tədbirlər gözləyir. Çətir götürməyi unutmayın! Sinoptiklər çiskin yağış vəd edir.

Harada: Quba şəhəri, Nizami Parkı

Nə zaman: 27 iyul, 10:00 – 18:00

 

London Milli Qalereyası və Amsterdam Dövlət Muzeyinin birgə layihəsi – bütün Avropa sənətini təcəssüm etdirən dahi holland rəssamının misilsiz əsərlər toplusudur. Doxsan dəqiqəlik "Rembrandt" filmində rəssamın geniş miqyaslı sərgisinə hazırlıqların necə keçdiyini görəcəksiniz və onun şah əsərləri ilə tanış olacaqsınız. 

Harada: Park Cinema Flame Towers

Nə zaman: 28 iyul, 13:00

 

Bazar günü ulduzlarla birlikdə Muz-TV diskotekası keçiriləcək. Proqrama Djiqan, Emin, Mot, NATAN, Loboda və başqalarının çıxışları daxildir. Giriş pulsuzdur.

Harada: Heydər Əliyev Mərkəzinin parkı

Nə zaman: 28 iyul, 21:00