NARGIS
Ru En
NARGIS MAGAZINE
Afişa

31 MAY - 1-2 İYUN

On illik fasilədən sonra İqor Moiseyev adına Dövlət Akademik Xalq rəqsləri ansamblı "Tango Del Plata" proqramı ilə ikinci dəfə Bakıya gəlir. Bu müxtəlif mədəniyyətlərin milli rəqslərini bədii şəkildə interpretasiya edən ilk professional xoreoqrafik qrupdur. İqor Moiseyev baletinin proqramına "Çobanlar" Azərbaycan milli rəqsi, Yunanıstanın "Sirtaki" rəqsi, Bessarabiya qaraçılarının rəqsi, "Futbol" xoreoqrafiya səhnəsi və digər rəqslər daxildir.

Harada: Heydər Əliyev Mərkəzi

Nə zaman: 31 may, 19:00

 

Mifologiyaya görə Prometey tanrılardan odu oğurlayır və cəza olaraq o, Qafqaz dağlarında bir qayaya zəncirlənir. Minlərlə il sonra Qafqazda, Bakıda sənaye miqyasında neft hasilatı başlandı. İyun ayı ərzində, çərşənbə günündən bazar gününədək “Odun oğurlanması. Prometeydən neftə qədər” adlı sərgi açılacaq. Ekspozisiya texniki proqresin simvolu olan Prometeyin neft erasına qədər keçdiyi yola həsr olunub.

Harada: Kapellhaus

Nə zaman: 31 may, 19:00

 

Cümə günü Azərbaycan TV-liqasının finalı və "Çempionlar Kuboku – KVN 2019" yarışı keçiriləcək. Yarışda Şimali Osetiya, Dağıstan və Azərbaycan komandaları çempion kuboku uğrunda yarışacaqlar.  

Harada: Konqres Mərkəzi

Nə zaman: 31 may, 18:30

 

On il bundan əvvəl "Hot" debüt albomu zərif rumın müğənnisi Elena Aleksandra Apostoleanuya dünya şöhrəti gətirdi, və o vaxtdan bəri İnna adı Avropa chartlarını tərk etmir. Bir çox mahnı müsabiqələrinin qalibi baharın son axşamında Bakıda konsert verəcək.  

 

Harada: Elektra Events Hall

Nə zaman: 31 may, 20:00

 

Uşaqların Beynəlxalq Müdafiəsi Günü xalça Muzeyində kukla teatrı, master-klasslar, açıq havada idman oyunları, kuizlər, yarmaka və bir çox maraqlı tədbirlərlə dolu uşaq festivalı keçiriləcək. 

Harada: Azərbaycan xalça muzeyi

Nə zaman: 1 iyun, 12:00

 

Şənbə günü 16 yaşına qədər Gənc Pianoçuların I Beynəlxalq Müsabiqəsi keçiriləcək. Jüridə Valensiya Musiqi Konservatoriyasının professoru Marina Bleyns, Dövlət Akademik Rus Xorunun konsertmeysteri Nikita Volov, tanınmış pianoçu Marko Frey və Azərbaycanın Xalq artisti Murad Hüseynov yer alır.

Harada: Beynəlxalq Muğam Mərkəzi

Nə zaman: 1 – 5 iyun