NARGIS MAGAZINE
Afişa

5-6-7 aprel

Bakıda 18-ci Azərbaycan Beynəlxalq "Səyahət və Turizm" AITF 2019 sərgisi açılıb. Sərginin qonaqları zəngin Azərbaycan mədəniyyəti ilə tanış olacaqlar, Azərbaycan tarixi ilə bağlı bir çox yeni bilgilər öyrənəcəklər, təcrübələrini paylaşan səyyah bloggerləri dinləyəcəklər, həmçinin öz ölkələri haqqında danışan xarici sərgi iştirakçılarının mədəni təqdimalarına baxacaqlar.

Harada: Bakı Ekspo Mərkəzi

Nə zaman: 4-6 aprel

 

Cümə günü axşam klassik musiqidən zövq alaq!

Harada: Azərbaycan Dövlət Akademik Filarmoniyası

Nə zaman: 5 aprel, 19:00

 

Moskva liliputlar sirkinin çıxışı nəinki balacaları, həm də böyükləri valeh edəcək! Bütün artistlər planetin ən balacaboy insanları kimi Ginness Rekordlar Kitabına daxildilər. Həm də bu sirk dünyada ən mehriban sirk hesab olunur, axı burada heyvanlar iştirak etmir.

Harada: Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı

Nə zaman: 6, 7 aprel; 12:00

 

Şənbə günü Üzeyir Hacıbəyovun "Arşın mal alan" musiqili komediyasını seyr edərək vaxtımızı xoş keçiririk.

Harada: Bakı Marionet Teatrı

Nə zaman: 6 апреля, 19:00

 

Teatr həvəskarları bu şənbə ailəvi komediyalar üzrə tanınmış ustad Pyotr Qladilinin pyesi əsasında səhnələşdirilmiş "Afina axşamları" adlı tamaşaya baxa biləcəklər. Quruluşçu rejissor Azərbaycan xalq artisti Aleksandr Şarovskidir.

Harada: Rus Dram Teatrı

Nə zaman: 6 aprel, 19:00

 

London Milli Qalereyası Leonardo da Vinçinin yaradıcılığına həsr olunmuş sərginin açılışına tam on beş il hazırlaşıb! İtaliya, Fransa, ABŞ, Rusiya və Polşa muzeyləri ilə müqavilələr bağlayaraq, titan rəssamın qırxdan artıq rəsm əsərini bir dam altında toplaya bildi. Məhz bu möhtəşəm hadisə Fil Qrabskinin "Leonardo da Vinçi: Milan sarayının rəssamı" adlı film-sərgisinin əsas sujetinə daxil olub.

Harada: Park Cinema, Flame Towers

Nə zaman: 7 aprel, 13:00

 

Qoqolun pyesinin kəskin sujeti və onun möhtəşəm tamaşası Bakı teatr həvəskarlarını sevindirməyə davam edir.

Harada: Rus Dram Teatrı

Nə zaman: 7 aprel, 19:00