NARGIS MAGAZINE
Afişa

8-9-10 noyabr

Noyabrın 6-da rəssam Çingiz Fərzəliyevin yaradıcılığının 50 illiyinə həsr olunmuş fərdi sərgisi açıldı. Sərgidə rəsm əsərləri ilə yanaşı, incəsənət kitabları, o cümlədən ötən əsrin 45 azərbaycanlı rəssamı haqqında "Sərvət" seriyası da yer aldı. Sərginin bağlanış tarixi hələ məlum deyil, bu təməl toplunu ən azı bu ay ərzində görmək mümkün olacaq.

 

Harada: Azərbaycan Milli İncəsənət Muzeyi

Nə zaman: Bazar ertəsi istisna olmaqla bütün günlər, 10:00 – 18:00 

 

Üçüncü Macar film həftəsi çərçivəsində ingilis altyazıları ilə macar dilində filmləri pulsuz seyr edə bilərsiniz. Cümə günü "Avrora Borealis: şimal şəfəqi" (2017) draması, şənbə günü – "Freyd Soyğunçuluğu" tammetrajlı cizgi filmi (2018) və "Həftə sonu" (2015) trillerini, bazar günü isə "Ümid edirəm ki, növbəti dəfə öləcəksən" (2018) və "Pis şeirlər" (2018) yayımlanacaq. 

 

Harada: The Landmark Hotel Baku 

Nə zaman: 8 noyabr, 19:00 

9 və 10 noyabr, 16:00 və 18:00 

 

Bu ayın sonunda açılacaq olan Beynəlxalq tanqo festivalının iştirakçıları şəhərin mərkəzində çılğın milonqa ilə bakılıları sevindirəcəklər. Arzu edən hər bir kəs peşəkar tangeroslara qatıla bilər! 

 

Harada: İçərişəhər metro stansiyası

Nə zaman: 8 noyabr, 16:30 – 18:00 

 

Azərbaycan Xalça Muzeyi bizi xoş təəssüratla təəccübləndirməyə davam edir. Bu, ölkənin ilk inklüziv muzeyidir, burada əlil arabaları ilə və əlil arabalarında hərəkət etmək mümkündür. Bəzi eksponatlar isə xüsusilə taktil təmas edilməsi üçün nümayiş olunur və bu həm balaca uşaqları, həm də məhdud imkanlı insanları sevindirəcək. Bu cümə günü burada "Sərhədsiz muzey" tədbiri keçiriləcək və muzeyin ikinci mərtəbəsi açılacaq. Bulvarda gəzmək üçün əla səbəbdir! 

Harada: Azərbaycan Milli Xalça Muzeyi

Nə zaman: 8 noyabr, 18:00 

 

"Bir eksponatın tarixi" layihəsi çərçivəsində professor Gülzadə Abdulova Xalça muzeyinin ən nadir eksponatlarından biri – "Quşburun" çarığı haqqında danışacaq. Mühazirə Azərbaycan dilində olacaq. Giriş sərbəstdir. 

 

Harada: Azərbaycan Milli Xalça Muzeyi

Nə zaman: 9 noyabr, 14:00 

 

Zalım şahzadənin məhəbbəti və Böyük Çin Səddinə layiq miqyaslar – Franko Dzefirellinin ən məşhur opera tamaşalarından biri yenidən kino ekranlarında. Karlo Qossinin draması əsasında Cakomo Puçininin musiqisinə yazılımış Turandot hekayəsi bütün dünya səhnələrinə nümayiş olunur. Tamaşanın amerikan versiyasını italyan dilində rus altyazıları ilə seyr edə bilərik. Xronometraj – 189 dəqiqə. 

 

Harada: Park Cinema Flame Towers 

Nə zaman: 9 noyabr, 10:00 

 

Göyçayda hər il keçirilən Nar festivalı çərçivəsində nar mövzusunda bədii əsərlər və şeirlər müsabiqəsi, folklor-rəqs ansamblının çıxışları, pul mükafatları ilə əyləncəli müsabiqələr və digər maraqlı tədbirlər keçiriləcəkdir.

Harada: Göyçay rayonu

Nə zaman: 9-10 noyabr

 

"Xəyallar qiymətsizdir" – belə bir şüar altında xeyriyyə sərgisi keçiriləcək. Burada Ümid yeri uşaq evində yaşayan 6-8 yaş arası uşaqlar iştirak edəcəklər. Uşaqlar "İnkişaf saatı" proqramı çərçivəsində rəsm çəkməyi öyrəniblər və indi onlar öz xəyallarını çəkirlər. Biz isə onların rəsmlərini satın ala bilərik, baxmayaraq ki, qiymət göstərilmir, çünki heç bir yetkin insan bir uşağın xəyalını qiymətləndirə bilməz. Sərgidə toplanan bütün vəsait bu xəyalları reallaşdırmaq üçün istifadə ediləcəkdir.

 

Harada: Park Bulvar, 2-ci mərtəbə

Nə zaman: 10 noyabr, 10:00 – 18:00 

 

Bazar günü Pol Qoqenin həyatı və yaradıcılığı ilə əlaqədar bu il buraxılan yeni sənədli film nümayiş olunacaq. Rəssamın nəslindən olan nümayəndələr, sənətşünaslar və mütəxəssislər onun haqqında danışacaqlar. London Milli Qalereyasında keçirilən "Qoqenin portretləri" sərgisinin kuratorları isə eksklüziv ekskursiya təşkil edəcəklər və Qoqenin yenilikçi rəsmlərini iri planda nümayiş etdirəcəklər. 

Harada: Park Cinema Flame Towers

Nə zaman: 10 noyabr, 13:00