NARGIS
Ru En
NARGIS MAGAZINE
Nargis TV

Baku girl in Toscana

Nargis jurnalının bir sıra əlavələrini buraxaraq biz kulinariya əlavəsinin aktuallığı barəsində ciddi şəkildə düşündük. Məhz bu məqsədlə baş redaktorumuz Ülviyyə Rəhmanova Toskanaya - bir sıra kulinariya kitablarının məşhur müəllifi, eyni zamanda həm naşir, həm də business-women belonika blogeri kimi tanınan Nika Belotserkovskaya ilə görüşə yollandı. Eksperimentlərə meyllilik, gözlənilməz yanaşma və yeməklərin sadə bişirilməsi bu reseptləri (kitabında reseptış kimi qeyd olunub) olduqca cəlbedici edir.

Diqqətinizə göbələkli pasta və desert reseptlərini, eləcə də bütün bunların necə baş verdiyini göstərən video çarxı təqdim edirik. Yeməyin bişirilmə prosesinə Relais & Chateau - Il Falconiere kompleksinə daxil olan Il Falconiere restoranının baş aşpazı, eyni zamanda həm də Falconiere-nin ortağı Silvia Barakki rəhbərlik edir.

Yeni "Qastronomiya" əlavəsi Nargis jurnalı ailəsinə bu bahar mövsümündə daxil olacaq. Qaçırmayın!

_S4B2399

Göbələkli Pasta

Pastanın hazırlanması üçün:

300 qram un

3 ədəd yumurta

2 x.q su

1 x.q yağ

Bir çimdik duz

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
1 / 5

Unu bir qaba tökün, bir çimdik duz əlavə edin və qarışdırın. Unu taxtanın üzərinə qoyun, ortasında dərinlik açın, yumurtaları bir bir əlavə edin, bir qədər zeytun yağı vurun. Xəmiri yoğurun. 1-2 xörək qaşığı zeytun yağı, 1-2 xörək qaşığı su əlavə edin. Elastik kündə alınana qədər yoğurmağa davam edin. Kündəni unlayın, plyonka ilə bükün və özünə gəlməsi üçün 30 dəqiqə-1 saatlıq (nə qədər çox olsa, o qədər yaxşıdır) kənara qoyun.

_S4B2643

Masanı unlayın, xəmiri nazik yuxa kimi açın. Uzun oxlovla işləmək daha rahatdır. Çox un vurmayın, yoxsa pasta bərk olacaq. Ən yaxşı yuxa açma üsulu - xəmiri oxlova büküb, digər tərəfindən yaymaqdır. Daha incə xəmir ravioli üçün, bir qədər qalın isə - talyatelle üçün yaxşıdır. Açılmış yuxanı bir qədər quruması üçün kənara qoyun. Sonra yuxanı iki tərəfdən mərkəzə doğru bükün, zolaq şəklində nə çox enli, nə də ensiz kəsin, bıçaqla qaldırın, talyatelle bıçaqdan asılmalıdr. Sonra onları buğda unu səpilmiş məcməyiyə düzün. Bu pastanı plyonkaya büküb, buzluqda bir neçə gün saxlamaq olar. Təzə pasta al dente olana qədər bişirilir (pastanın qalınlığından asılıdır, suyun üzərinə çıxan kimi dadına baxın).

_S4B3013

Sousun hazırlanması:

Qırmızı soğanı doğrayıb qızardın, iri-iri doğranmış sarımsağı, pançettanı və təmizlənmiş göbələkləri əlavə edib vam odda bişirin

Nanə, cəfəri və kəklikotunu doğrayıb göbələklərin üzərinə əlavə edin. Duz və istiot vurun. 25-30 dəqiqə göbələklərin suyunun çəkilməsini və qaralmasını gözləyin. Təqdimat üçün iri (uzununa) doğranmış göbələkləri zeytun yağında qızardın.

Pastanı duzlanmış suda bişiririk

Souslu tavada qarışdırın, qızardılmış göbələklə və yarım doğranmış konfi pomidoru ilə bəzəyin, üzərinə rəndələnmiş trüfel səpin.

Picotta və əncir

Karamel hazırlayırıq: şəkər və su (şəkər bir qədər çox), yandırmamaq üçün kənarlarını fırça ilə isladırıq.

Karamel hazır olduqda ənciri arxa tərəfi ilə qaba düzürük, üzərinə hil (toxumunu) və darçın əlavə edirik. Vam odda təxmini 10-15 dəqiqə bişiririk

Foto: Pier Nicola Bruno