NARGIS MAGAZINE
Dəb

Emilia Wickstead FALL 2019

Emilia Wickstead payız kolleksiyası Frensis Ford Koppolanın "Xaç atası" trilogiyasından ilhamlanıb. Dizaynerin muzası 1990-cı ildə Sofiya Koppolanın çox gözəl ifa etdiyi mafiya başçısının qızı Mari Korleone olmuşdur. Əfsanə filmin üçüncü hissəsindəki kostyumları xatırlayırsınız? Bu libasların üzərində Oskar mükafatçısı kostyum dizayneri - "Grand Hotel Budapest" filminin qəhrəmanlarını da bəzəyən Milena Kanonero çalışıb.

"İnsanlara o dövr üçün nostalji hisslərini yaşatmaq istədim" - Emiliya Vicksted şousu haqqında bu sözləri söylədi. Şou Londonun ən qədim italyan restoranlarından biri olan Le Caprice-də keçirilib, buranın interyeri 1981-ci ildən, Ledi Di'nin sıx-sıx gəlməyə başladığı vaxtdan bu yana heç dəyişməyib. "Bütün hallar üçün qarderoba" krujevalı əlcəklər, mirvari və Ervin Blumenfeldin fotolarında olduğu kimi lakonik kepkalar daxildir. Ağır yüngüllə, nostalji isə ultradəbli ilə tarazlaşdırılıb.