NARGIS
NARGIS MAGAZINE
Dəb

GIVENCHY HAUTE COUTURE SS 2019

Böyük krujevalı naxışlar, zərafətli bəzəklər, parlaq aplikasiyalar, iri bantlar, uzun saçaqlar və təhrikedici latekslər: Yüksək Moda Həftəsinin ikinci günü Givenchy nümayişi ilə sona çatdı. Givenchy brendinin "Təmiz kətan" yaz-yay kolleksiyası əvvəlki mövsümlərlə açıq şəkildə ziddiyyət təşkil edir. "Ağappaq podium kolleksiyanın zəngin rəngləri ilə kəskin təzad yaradır və bu mövsüm təqdim etdiyim parlaq səthlərlə uyğun gəlir", - Moda evinin kreativ direktoru Uayt Keller bildirir. Modellərin podiuma opera müğənnisi Monserat Kabalyenin ifası altında çıxmaları nümayişə xüsusi atmosfer verib. Foto hesabata baxırırq!