NARGIS
Ru En
NARGIS MAGAZINE
Mədəniyyət

IX Qəbələ Beynəlxalq Musiqi Festivalı

29 İyul - 3 avqust tarixlərində Qəbələ şəhərində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Heydər Əliyev fondu tərəfindən təşkil olunmuş ənənəvi IX Qəbələ Beynəlxalq Musiqi Festivalı keçiriləcək. 

b97832_caa5562d5ed043ef9450157cc4760848-mv2

Tədbir hər zaman bütün dünyadan olan musiqi həvəskarlarını cəlb edir. Bu il festivalın proqramına Rusiya, ABŞ, İsrail, İtaliya və digər ölkələrdən musiqiçilər daxil edilib. Təbii olaraq, yerli tamaşaçılar üçün xüsusi maraq Azərbaycandan olan kollektivlər təşkil edir. Festivalın proqramı ilə ətraflı festivalın öz saytında tanış ola bilərsiniz. 

Qəbələ Beynəlxalq Musiqi Festivalı Azərbaycanda 2009-cu ildən etibarən hər il keçirilir.