NARGIS
Ru En
NARGIS MAGAZINE
Mədəniyyət

IX Beynəlxalq Rostropoviç Festivalı

Aprelin 23-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında IX Beynəlxalq Mstislav Rostropoviç Festivalının açılışı olub.

14929622921599158986_1000x669

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək bu günün həm ölkəmiz, həm də musiqi ictimaiyyəti üçün əlamətdar olduğunu söyləyib. Festivalın artıq doqquzuncu dəfə keçirildiyini vurğulayan nazir bu musiqi bayramını Azərbaycanın mədəni həyatında ən vacib tədbirlərdən biri kimi qiymətləndirib.

14929622922032062053_1000x669

Ə.Qarayev bildirib ki, M.Rostropoviç 2006-cı ildə Bakıda keçirilən klassik musiqi festivalı olan Şostakoviç festivalının yaradıcısıdır.

Sonra Xalq Artisti Rauf Abdullayevin bədii rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konsert proqramı ilə festivala start verilib. Konsertdə C.Verdi, P.Çaykovski, O.Respiqi və X.Mirzəzadənin əsərləri səsləndirilib.

14929622933277510966_1000x669

Qeyd edək ki, aprelin 27-dək davam edəcək festivalda xarici ölkələrdən dünya şöhrətli musiqiçi kollektivlər - Rusiyanın əməkdar kollektivi Sankt-Peterburq Akademik Simfonik Orkestri, “Vyana-Berlin” Kamera Orkestri, “Drezden Ştaatskapella”, SSRİ Xalq Artisti Yuri Temirkanov və başqaları çıxış edəcəklər.