NARGIS MAGAZINE
Travel blog

LOVE, NARGIS: KAPPADOKİYA

Travel blog Nargis – planetimizin ən inanılmaz yerlərinə maraqlı səfərlər silsiləsidir.

Yorulmaq bilməyən səyahətçilərimiz başdöndürücü zirvələrə qalxır, foto çəkdirmək üçün ən uğurlu rakursları tapır və əsirgəmədən öz təəssüratlarını bölüşürlər. Onların kredosu – bir dəfə görmək, yüz dəfə eşitməkdən və ya oxumaqdan yaxşıdır.

Biz Coachella vadisində keçirilən möhtəşəm musiqi festivalını artıq nümayiş etdirmişdik. Travel blog Nargis'in yeni buraxılışında isə coğrafi olaraq bizə yaxın olan Türkiyəyə yollanırıq. Marşrutu "Nargis" jurnalının hər şeylə maraqlanan və müşahidə edən baş redaktoru Ülviyyə Mahmudova təyin edir. Onun yol yoldaşı isə sosial şəbəkələrimizdə keçirilən müsabiqənin qalibi oldu. Təyinat yeri – ən məşhur turistik istiqamət, sevgililər və fotoqraflar üçün məbəd sayılan füsunkar Kapadokyadır!

Sponsorlarımıza göstərdikləri köməyə görə təşəkkür edirik. Onların dəstəyi olmadan bu buraxılış ərsəyə gəlməzdi. Azercell sayəsində dünyanın ən uzaq guşələrindən belə ən maraqlı anları dərhal paylaşa bilirik. PASHA Bank dəstəyi sayəsində valyuta mübadiləsi şöbələrində növbələrdə vaxtımız getmir və nəğd pul itkisi barədə narahat olmuruq, PASHA Travel isə səyahətlərimizin təhlükəsiz və maksimum rahatlıqla həyata keçirilməsini təmin edir. PASHA Bank Miles & Smiles kartı ilə nağdsız ödənişlər edərək hər bir əməliyyatdan mil qazandıq! Berg Energy içkisi sayəsində səyahətçilərimiz enerjisini qoruyaraq bütün vadiləri və muzeyləri gəzə biliblər!

Nargis ilə birlikdə baxın və səyahət edin!



Love,

logos