NARGIS MAGAZINE
Travel blog

Love, Nargis: Sziget 2019

"Siqet" macar dilində "ada" deməkdir, amma bu sadəcə Dunayda yerləşən bir ada deyil. Bu səhərə kimi əyləncəli proqramı olan və inanılmaz line-up ilə beynəlxalq musiqi festivalının keçirildiyi yerdir. İldən-ilə ixtiraçı təşkilatçılar festival qonaqları üçün həqiqətən gözlənilməz sürprizlər hazırlayırlar və dünyanın hər tərəfindən gələn yüz minlərlə turist bütün həftəni istənilən tərzdə canlı musiqidən zövq almaq üçün otelləri və çadırları öncədən bron edirlər.

İspaniya səfərimizdən qayıtdıqdan sonra Nargis'in sosial şəbəkələrində müsabiqə keçirdik və bu müsabiqənin qalibi Səidə Qorbunova oxucularımızla bərabər Sziget avropa festivalını kəşf etmək, üç başdöndürücü günü yaşamaq və gördüklərinin nəticəsini dürüstcə çatdırmaq üçün Mərkəzi Avropaya yollandı. Ən əsası hər şeyi 15 dəqiqə ərzində göstərib məlumat vermək lazımdır!

Soruşacaqsınız ki, bunu necə bacarırıq? Sadəcə hər kiçik video çarxın arxasında laqeyd olmayan insanların birgə əməyi durur, ən sıxıcı təşkilatı məsələlər isə sponsorlarımızın sayəsində sehrli çubuqla həll olunur. Azercell səyahətçilərimizi həyati vacib olan İnternetlə və istənilən yerdə əlaqə qurmaqla təmin edir. PASHA Bank isə valyuta mübadiləsinə vaxt itirməmək və izdiham içində nəğd pul problemi yaşamamaq üçün onların qayğısına qalır. Bundan başqa PASHA Bank Miles & Smiles kartı ilə nağdsız ödəmələr sayəsində biz hər tranzaksiyada mil qazanırıq! Bütün səfərimiz ərzində komfortumuzu və əmin-amanlıqda olmağımızı PASHA Travel öhdəsinə götürüb.

Nargis ilə birlikdə baxın və səyahət edin!

Love,