NARGIS
NARGIS MAGAZINE
Dəb

Moncler x Pierpaolo Piccioli

Moncler Genius – İtalyan brendinin yaradıcı layihəsidir. Bu layihə şərçivəsində Pierpaolo Piççioli, Simon Roşa, Kreyq Qrin kimi 10 dizayner Moncler üçün kapsul kolleksiyaları hazırlayır. Milan Moda Həftəsinin ilk günündə Moncler moda evinin və Valentino brendinin kreativ direktoru Pierpaolo Piççiolinin kollaborasiyasının nəticəsi olan müxtəlif formalı və rəngli qeyri-adi gödəkçələr təqdim edildi. "Bizim şübhəsiz ki, bu il başa çatdırılmalı olduğumuz işlər var, ancaq biz moda sənayesi üçün unikal bir layihədən başladıq" – Moncler brendinin prezidenti Remo Ruffini bildirdi.