NARGIS
NARGIS MAGAZINE
Bloqlar

SÖZÜN DUZU: TANIŞLIQ

"Tək əldən səs çıxmaz", "Hər şeyin təzəsi, dostun köhnəsi"... Niyə biz məhz belə deyirik?!
Bizim gözəl, zəngin, doğma azərbaycan dilimiz çoxlu imkanlara sahibdir. Qədimdən bəri ən parlaq duyğularımızı ifadə etmək üçün, azərbaycanlılar düşüncəmizi dəqiq çatdıra biləcək, eyni zamanda heç bir dilə tərcümə olunmayan atalar sözündən istifadə edirdilər.
Bu gün Nargis oxucularını Qəmər Məmmədova və Nazimpaşa Mahmudzadə ilə tanış etmək istəyirik. Onlar müxtəlif Azərbaycan atalar sözlərinin, aforizmlər və frazeologizmlərin yaranma tarixləri barədə bəhs edəcəklər. Hər həftə Nargis ilə birlikdə ana dilimiz haqqında yeni məlumatlar öyrənəcəksiniz.

img_6851_

Uşaqlar, oxucularımızı bloqunuzla tanış edin. Bunu yaratmaq üçün sizi nə ilhamlandırdı?

Qəmər: Bu yaxınlarda Nargis komandası mənim təhsil aldığım universitetdə öz mobil əlavəsini təqdim edirdi. Onlar jurnaldan, saytdan və əgər yaxşı ideya varsa bloq yaratmaq imkanından bəhs etdilər. Mənim isə ideyam var idi (gülür). Yarım il bundan əvvəl mən "Fransız atalar sözünün etimologiyası" mövzusunda araşdırma etdim. Bu araşdırma mənim müəllimim (Xarici Dillər Universitetinin kafedra müdiri Sadiqova Gülnarə xanım) tərəfindən böyük maraqla qarşılandı və bu da məndə belə bir fikir oyatdı. "Bəs Azərbaycan dilində atalar sözü necə yaranıb?", axı biz düşünmədən bu "zərbi-məsəlləri"  danışığımızda eşidirik və istifadə edirik. Dəqiq deyə bilərəm ki, bu bloqu yaratmağa məni gözəl müəlliməm ilhamlandırdı.

 img_6725_

Nazimpaşa: Nargis mənim oxuduğum akademiyaya gəldi. Təqdimatın sonunda mən çəkinmədən onların komandasında illüstratora ehtiyac varmı deyə birbaşa soruşmağa qərar verdim və bilirsiniz... sən demə varmış. Təxminən bir gündən sonra məni Qəmərlə tanış etdilər, biz ideyalarımızı bölüşdük, birgə işləyə biləcəyimizi anladıq və bloqu yaratmağa başladıq.

 img_6817-1_

Gəlin sizin haqqınızda danışaq – özünüzdən bəhs edin.

Qəmər: Hal-hazırda mən Macarıstan Respublikası Konsulluğunun nəzdindəki viza mərkəzində işləyirəm, həmçinin Fransız və ingilis dillərini öyrəndiyim Xarici Dillər Universitetinin III kurs tələbəsiyəm. Yeddinci sinifdən həyatımı fransız dili ilə bağlayacağıma qəti olaraq qərar vermişdim: özümü xatırladığım andan Fransaya, onun mədəniyyəti və gözəlliyinə, fransız qadınlarının tərzinə və əlbəttə ki, onların qastronomiyalarına heyran olmuşam. 2014-cü ildə mənə hətta Seyşella cənnət adasında staj keçmək şansı nəsib olub. Yekunlaşdırmaq üçün deyə bilərəm ki, gəncliyim çox maraqlı keçib (gülümsəyir).

Nazimpaşa: mən qrafik dizayner təhsili alıram, İncəsənət Akademiyasının II kurs tələbəsiyəm, paralel olaraq bir reklam agentliyində konsept-art rəssam kimi çalışıram. Rəsm çəkməyə üç yaşından başlamışam. Valideynlərim deyirlər ki, bu gözlənilmədən baş verib. "Mulan" cizgi filminə baxdığımda televizorun səsinin birdən kəsildiyini məhz onlar hiss ediblər. Məgər mən, kasseti pauzada saxlayıb donmuş kadrı çəkməyə başlamışam. O vaxtdan bəri yəqin ki, elə multiplikasiyaya olan sevgimə görə mənim rəsm çəkməyə, illüstrasiyaya, komikslərə, animasiyaya güclü marağım yarandı və bu işlə məşğul olmaq arzusu gündən-günə artırdı.

Materialları haradan tapırsınız?

Qəmər: Azərbaycan dilində kitab oxumağı çox sevirəm, Bakının müxtəlif kitabxanalarında vaxt keçirmək, qeydlər aparmaq mənə böyük zövq verir. Dilşünaslıq, leksikologiya, etimologiya - üzərində saatlarla işlədiyim və vaxtın necə keçdiyini bilmədiyim bölmələrdir. Düşüncələrini  ifadə etmək bacarığı və ünsiyyət qabiliyyəti - hər kəs üçün vacibdir. Gənclərimizin Azərbaycan dilində təmiz nitqini eşitmək isə qürur verircidir! 

img_6708
Nazimpaşa: məndə hər şey fərqlidir, bütün məsələ musiqidədir. Musiqi mənim üçün yanacaq kimidir, tamam fərqli reallığa qərq edir, əvvələr görmədiklərimin fərqinə varıram.  Belə anlarda, mənim fikrimdə öz süjet xəttini tapan konkret bir rəsm yaranır. Musiqiyə alternativ olaraq mən təbiəti və elmi fantastika, mistika və fantaziya janrında ovsunlayıcı kitabları seçirəm. Mən xüsusilə Azərbaycan təbiətini, Bakının qədim memarlıq binalarını, ənənələrimizi və mədəniyyətimizi sevirəm. Bütün bunlar məni milli ornamentlərdən və mədəniyyətimizin incəliklərindən istifadə edərək milli tərzdə illüstrasiyalar yaratmağa ilhamlandırır.

img_6803_