NARGIS
Ru En
NARGIS MAGAZINE
TƏDBİRLƏR

Torpaq əlimdə, bahar ürəyimdə: Yekun

Bir müddət öncə Nargis fondunun Fəvvarələr meydanında Novruz bayramı münasibətilə təşkil etdiyi ilk bahar yarmarkası keçirildi. "Soyuq əllər, isti ürək" qış yarmarkasının analoqu olan “Torpaq əlimdə, bahar ürəyimdə” yarmarkası 2019-cu ilin mart ayının 15-dən aprel ayının 15-dək davam etdi. Ənənəyə sadiq qalaraq, bu dəfə də yarmarkamızın əsas məqsədi yardıma ehtiyac duyan uşaqlara kömək etmək idi. Nəticə olaraq 200.043 AZN məbləğ toplandı! Yarmarkamızdan toplanan məbləğ sayəsində anadangəlmə eşitmə qüsurlu 6 körpəmizə – Kübra Əmiraslanova, Cavid Dəmirli, Sunay Hüseynli, Nihad Əhmədli, Beyrək Hüseynzadə və Əli Həsənliyə – koxlear implant əməliyyatı icra olundu.

Həmçinin yarmarka çərçivəsində Nargis fondu diplomatik nümayəndəliklərinin rəhbərləri ilə birlikdə 12 saylı uşaq evinin körpələri üçün xüsusi Novruz bayramı şənliyi keçirdi. Martın 17-də "Ay qonşu" restoranında uşaqlar üçün Novruz süfrəsi açıldı. Səfirlərin həyat yoldaşları bu görüşə əvvəlcədən hazırlaşmışdılar: hər biri uşaqlar üçün öz əlləri ilə milli şirniyyatlar və ləziz təamlar bişirmişdi. Günün sonunda səfirlər, onların yoldaşları, uşaqlar və fond əməkdaşları "Torpaq əlimdə, bahar ürəyimdə" yarmarkasına yollandılar və orada birlikdə çox gözəl vaxt keçirdilər.

Bu əməliyyatları həyata keçirməkdə bizə yardım edən hər kəsə, eləcə də anonim sponsorlarımıza dərin minnətdarlığımızı bildiririk!