NARGIS MAGAZINE
Dəb

Vivienne Westwood FALL 2019

Dünən, fevralın 10-da, London Moda Həftəsi çərçivəsində Vivyen Vestvud epataj obrazına sadiq qalaraq öz çıxışını növbəti performansa çevirdi. Dizayner dünyadakı problemləri dilə gətirərək podiumu siyasi tribunaya çevirdi: qlobal istiləşmədən və düşüncə azadlığından Brexitə və informasiya ilə yüklənən cəmiyyətə qədər. Payız-qış 2019/2020 kolleksiyasının isə danışan bir adı var – Homo Loquax (loquax latıncadan tərcümədə "söhbətcil" "çoxdanışan" deməkdir).