NARGIS
Ru En
NARGIS MAGAZINE
Bloqlar

What's Cooking: Azərbaycan xəngəli

icon

Azərbaycan xəngəli - romb formasında kəsilmiş, duzlu suda qaynadılan nazik xəmir, istəyə görə qiymə ilə hazırlanan yeməkdir. Yağışlı və tutqun havalarda - əsl yeridir! Bir az vaxt və xəmirlə əlləşmək tələb etsə də, nəticə buna dəyər. Tələbəlik illərində isə biz xəmiri lazanya yarpaqları və ya adi makaronla əvəz edirdik.

Adətən xəngəl - ət və ya toyuq qiyməsi, qovrulmuş soğan, sarımsaqlı kefir və ya qurutla təqdim olunur. Qurutu bazarda əldə etmək mümkündür - bu, brınza pendiri və quru kefir arasında olan, kiçik toplar şəklində hazırlanmış bir süd məhsuludur.

unknown

Hər bir ailənin və bölgənin xəngəli özünəməxsus təqdim etmə adəti var. Məsələn, Gədəbəydə xəngəli suda bişirilmiş kartofla yeyirlər, sonda kartofu əzərək bütün şirəni və yağı özünə çəkməsi üçün. Bizim ailədə sarımsaqlı qatıq və soğanlı qiymədən savayı, həm də qızardılmış pomidor sousu əlavə edirlər.

İlk növbədə, əriştə üçün olan adi yumurtalı xəmir hazırlamalıyıq.

Un, duz, yumurta və sudan bərk xəmir yoğurun. Bir qədər dinlənməyə qoyun. Sonra xəmiri porsiyalı kündələrə bölüb nazik yuxa yaymaq lazımdır. Romb şəklində kəsirik. Duzlu suda bişiririk, süzgəclə süzürük və boşqaba incə qat ilə düzürük.

image1_1

Qiymə üçün mən ayrı-ayrılıqda qızardılmış soğan və qoyun ətinə üstünlük verirəm.

3-4 böyük baş soğanı təmizləyirik, halqa şəklində doğrayırıq və əridilmiş yağda vam odda qızaranadək qovururuq. Qiyməni ayrıca yağsız qızardıram, çünki qoyun əti özü-özlüyündə yağlı olur.

image2_1

Bir stəkan qatığa sarımsaq əzəndən keçirilmiş bir diş sarımsaq əlavə edirik.

İsti təqdim edin və ləzzətlə yeyin!

 

Həcər Əliyeva