NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

Wonder women

screen_shot_2017-04-27_at_11.42.58

Qatı modapərəst Ulya Məmmədova və Nura Muxtarovanın Dəb sənayesində bir neçə illik iş təcrübəsində qazanılmış bilik və bacarıqları bu iki rəfiqəyə gizli xəyallarını uğurlu biznesə çevirməyə yardımçı oldu. Moskvada Wonder Wander multibrend şourumunun yaranmasından cəmi bir il sonra artıq qızlar moda biznes strategiyalarına çox yaxşı bələddirlər və Londonda uğurlu pop-up tədbirlər keçirirlər. Budur - zəmanəmizin real qəhrəmanları. Uydurulmamış Ulya və Nura.

Modaya qarşı ciddi olduğunuzu nə vaxt anladınız?

screen_shot_2017-04-27_at_11.43.36

Ulya: 17 yaşımda. Elə həmin vaxt Christian Dior şirkətinin Rusiyadakı nümayəndəliyinin PR departamentində mənə ilk peşəkar təcrübəmi qazanmaq nəsib oldu. Bizim komanda brendin Rusiyadakı bütün daxili əlaqələrinə cavabdeh idi – jurnalistlər və top çap nəşrlərinin reklam şöbələri ilə işgüzar ələqələrin qurulması, çəkilişlərin aparılması, tədbirlərin təşkili və sair... Diorda mən şəxsi intizama və işgüzar danışıqların aparılmasının ilkin biliklərinə yiyələndim. Düzdür, professional ambisiyalarımı Buro 24/7 Russia-da reallaşdırmağa nail oldum. Elə burada mənim moda dünyasına böyük səyahətim başladı: moda sənayesinin nüfuzlu təmsilçiləri ilə görüşlər, ilk işgüzar səfərlər, şəxsi layihələr və sair... 5 il sonra da mən moda ilə məşğul olmağa davam edirəm, sadəcə daha ciddi tərzdə.

screen_shot_2017-04-27_at_11.43.20

Nura: Sanki dünən “Baku” jurnalının Londondakı baş qərargahında təcrübə keçirdim. Məhz orada mənim dünyagörüşümə təsir edən stilist Melina Nikoled ilə tanış olmuşdum. Bu günə kimi çoxsaylı çəkilişlərimizi təbəssümlə yada salıram. Ən yadda qalanı isə iki hissəli “Nimfoman” kino lentinin qəhrəmanı Sofi Kennedi Klark ilə apardığımız çəkilişlər idi. İşimizin hər addımı məni valeh edirdi! Chanel və Diordan dəbli bəzəkli bağlamaları açmaq, stilistə ağlagəlməz fikirlərini həyata keçirməyə kömək etmək, yerli təsərrüfat dükanlarında qeyri-adi əşyalar axtarmaq mənə maraqlı idi: misal üçün neon skotç, sellofan paketlər, sıxaclar, tilov ipləri və sair... Heç bir çəkiliş bu atributlarsız aparılmırdı, məhz onlar bu işi xüsusi və eyni zamanda düşüncələrimi azad və geniş edirdi.

Siz Azərbaycan ailələrində doğulmusunuz. Bu sizin zövqünüzə və estetikanıza təsir göstəribmi?

Ulya: Əminəm ki, zövqün və estetika mədəniyyətinin formalaşması üç amildən asılıdır: irsiyyətdən, sosial mühitdən və gündəlik öz üzərində çalışmaqdan. İrsiyyat cəhətdən bəxtim gətirmişdi, çünki ailə üzvlərim Azərbaycan ziyalılarının nümayəndələrindəndir, babam isə uzun illər Azərbaycanda nazir vəzifəsində işləyib. Biz mədəni mühitdə böyüyüb tərbiyə alırdıq. Valideyinlərim bizi uşaqlıqdan ən gözəl şeylərə – yaxşı musiqiyə, kinoya, kitablara, səyahətlərə alışdırırdılar, təhsilə maraq və əməyə sevgi yaradırdılar. Böyüdükcə hansı təhsili almaq istədiyimi dəqiq bilirdim, ona görə də MDU-ya daxil oldum və burada gələcək həyatımda vacib rol oynayan çoxlu maraqlı insanlarla tanış oldum.

Nura: Ailəm mənə yaxşı təhsil almaq və müxtəlif ölkələrdə yaşamaq imkanı verdi, bu da öz növbəsində dünya görüşümü formalaşdırdı.

Müasir həyatda ənənələrin çoxsaylı olması və mədəniyyətlərin qarışıqlığının üzə çıxması, Şərqlə Qərbin əbədi qarşıdurması və qarşılıqlı nüfuz etməsi – məhz bunlar mənim həyata baxışımı formalaşdırdı

Siz necə tanış oldunuz? Və Wonder Wander necə yarandı?

Nura: Biz 8 il əvvəl ortaq tanışlarımızın sayəsində tanış olduq. O vaxtdan hər ikimiz tələbə partasını iş masasına dəyişməyi bacardıq. İllər keçdikdə müxtəlif şirkətlərin xeyri naminə işlədikdən sonra biz ideal iş haqqında olan öz təsəvvürlərimizi cəmləyib bir obraz yaratmaq qərarı verdik və həmin illər boyu qurulmuş bizness əlaqələrimiz və şəxsi qabiliyyətlərimizdən uğurlu bir miks alındı.

screen_shot_2017-04-27_at_11.44.09

Şəxsi işinizdə fəaliyyətə başlamazdan əvvəl hər biriniz müəyyən yaradıcılıq məktəbini keçmisiniz. Əvvəlki təcrübənizin bu gün sizə nə qədər köməyi dəyir?

Ulya: Qısaca desək, istənilən uğurla inkişaf edən bizness onun yaradıcılarının ideya, bacarıq və bilikləri üzərində dayanır. Ən çox təcrübəni məhz korporativ mühitdə qazanırsan. Bu elə mühitdir ki, burada komanda şirkətin taleyini həll edə biləcək məsuliyyətli qərarlar verir, burada səhv etmədən işləmək olmur və şəxsi rahatlığından keçərək məsuliyyəti öz üzərinə götürməli olursan.

Nura: Şəxsi bizness – böyük xoşbəxtlikdir, lakin ona hazırlıqlı olaraq başlamalısan. Ümumilikdə, böyük şirkətlərdə 10 illik iş təcrübəmiz imkanlarımızın real dairəsini aşkarlamağa imkan verdi.

Moda sahəsində işləməyə başladıqdan sonra, siz ona fərqli yöndən baxmağa başladız?

Ulya: İki ilə biznes idarə edilməsində istiqamətimizi kökündən dəyişdik. Axı sıravi istehlakçıdan biz müşahidəçi və yaradıcıya çevrildik. Bu gün biz təkcə onlayn mağazaların xarici və yerli kolleksiyalarının yeniliklərini izləməkdən savayı, onunla bərabər bizness-məlumatlarının ətraflı monitorinqini keçirməyə və müəyyən mövzularda xəbərlər izləməyə çalışırıq. Moda biznesi istənilən biznes kimi bir mexanizmdir və gündən günə onun idarəetməsini təkmilləşdirmək lazımdır.

Əsas tənqidçiniz kim olub?

Nura: Bizim üçün əsas tənqidçi bizim müştərimizdir. Çətin ki, başqa birisi bizim işimizi bu qədər obyektiv qiymətləndirsin, üstün və mənfi cəhətlərimizi göstərsin, əskik və nöqsanlarımızı üzə çıxartsın. Müştərilərimizin rəylərinə və əhval-ruhiyyələrinə xüsusi həssaslıqla yanaşırıq.

Sizlərdən kim nə ilə məşğuldur? Vəzifə öhdəliklərinizi necə bölürsünüz?

Nura: Biznesin yaranmasının ilkin mərhələlərində vəzifələri bölüşdürmək asan deyildi, çünki komandamızda hələ heç bir əməkdaş yox idi. Bu gün bizim balaca şirkətimiz böyüyür və hərənin öz fəaliyyət sahəsi var. Satışla şourumun köməkçisi məşğul olur; kargüzarlıqla və hesabatla – mühasibatlıq; brendinqlə - birgə onlayn saytımızı hazırladığımız gözəl dizayn-bürosu: PR , reklam və kommunikasıya ilə - Ulya; dizaynerlərin koordinasiyası ilə - mən, logistika məsələlərini isə öz aramızda bərabər bölürük. Hər hansı digər məsələlərlə bağlı isə biz birlikdə qərarlar qəbul edirik.

screen_shot_2017-04-27_at_11.44.31

Sizin ilk birgə layihəniz kulinariya mövzusunda idi. Bu haqda bizə danışın.

Ulya: Bəli, bizim birinci biznes ideyamız Qutab Lab adlı qastronomiya layihəsi olub və xoşbəxtlikdən onu ən əlvervişli vaxtda sınamaq nəsib oldu. 2012-2013-cü illərdə Rusiyada sürətlə qərbyönlü küçə yeməyi (street food) dəbi inkişaf edirdi, qastronomiya sahibkarlığının inkişafı üçün yeni platformalar yaranırdı, lokal layihələri test etmək üçün meydançalar açılırdı...

Nura: Həmin məqamadək mənim MDBMİ-dən tələbə yoldaşım olan digər rəfiqəmizlə birgə hazırladığımız “müasir qutablar” konsepsiyasını işləyib tamamlamışdıq və təkcə onu həyata keçirmək qalmışdı. Altı ay biz layihəni şəhər festivallarında test etdik, az sonra isə Moskvanın mərkəzində miniatür bir kafe açdıq.

Bəs niyə onu bağlamalı oldunuz? Nəsə istədiyiniz kimi getmədi?

Ulya: Təəssüf ki, insanlarda geniş maraq və KİV-lərdə müsbət əks-səda yaratmağına baxmayaraq layihənin göstəriciləri gözləntilərimizi doğrultmadı. Əlavə investisiyaya ehtiyacımız yarandı, hansına ki biz hələ hazır deyildik. Bu gün biz etiraf edirik ki, sadəcə biznesin növbəti mərhələlərinə hazırlıqlı deyildik. Təcrübəsizlik, iş prosesinin səmərəsiz təşkili, əsassız gözləntilərimiz və sair kimi amillər bizə qarşı oldu...Buna baxmayaraq Qutab Lab layihəsindən bacarıqlardan savayı özümüz üçün bir çox faydalı dərs çıxardıq. Onlardan biri uğursuzluqları dramatikləşdirməmək oldu. Dzenə nail olmaq üçün, keşməkeşli yollardan keçib öz şəxsi yolunu çəkməlisən.

Sizin brendiniz əsasən pop-up store formatında fəaliyyət göstərir. Bu formatın üstün və çatışmayan cəhətləri nədir?

Nura: Əgər bu sualı bizə bir il yarım əvvəl, biznesimizin əsas formatı pop-up olanda versəydilər, çatışmazlıqlar indiki üstün cəhətlərimiz olan aspektləri deyərdik. Wonder Wander – Moskvanın mərkəzində yerləşən qeyri adi şourumdur, wonderwander-shop.com onlayn saytıdır (hazırlıq səviyyəsindədir). Londonda filial açmış az saylı rus mağazalarından biridir... Ona görə də biz əminliklə özümüzü Rusiya və digər MDB ölkələrində “müvəqqəti səyyar mağaza – pop-up” qərbyönlü konseptinin yaradanlarına aid edirik, çünki biz bu cür biznes-modellə bazara çıxan ilklərdən biriyik.

Ulya: Çatışmazlıqlar və üstünlüklər sualına qayıdaraq demək istəyərdik ki, müştərinin fiziki mağazamızın olmaması səbəbindən bizim mal çeşidlərimizlə canlı olaraq tanış ola bilməməsi əsas problem idi. Eyni zamanda bu yanaşma böyük maraq dalğasını yaradırdı. Müştərilər artıq növbəti pop-apın harada baş tutacağını, orada yeni nə təqdim olunacağını və göz yetirdiklərini almağa çatdıra biləcəklərini təxmin etməkdən əl çəkmirdilər. Axı təqdim edilmiş əşyaları ancaq pop-updan əldə edə bilərdilər. Bir sözlə, maraq oyadan “sirli bir pərdə” var idi.

screen_shot_2017-04-27_at_11.45.08

Yəqin ki sizə çoxlu əməkdaşlıq təklifləri gəlir. Siz onları necə seçirsiniz?

Nura: İstənilən layihə canlı bir orqanizmdir və onu düzgün tanımaq, başqa sözlə desək, hiss etmək vacibdir. Zamanla biz Wonder Wander-in inkişafı üçün konkret nə lazım olduğunu, hansı istiqamətdə irəliləməyi və bunun üçün nə lazım olduğunu müəyyən etməyi öyrəndik. Layihənin idealogiyasının aydın anlamağımız bu gün bizə əsas “filtr” xidmətini göstərən möhkəm bünövrə qoymağımıza kömək etdi. Bizə müxtəlif, bəzən ən gözlənilməyən təkliflər gəlir... Sonuncu “ən çox arzuladığımız təklif” – layihəni Londonda işə salmaq oldu və biz onu bir müddət sonra bizim Londondakı həmkarımızla Darina Faizova ilə birgə reallaşdırdıq.

Bu və ya digər şəhərə səfər etməzdən əvvəl, potensial alıcıların zövqlərini araşdırısınızmı?

Nura: Getmək istədiyimiz regionun qadınlarının nəyə üstünlük verdiklərini və psixologiyaları haqqında öyrənə biləcəyimiz mobil proqram və ya sayt yaratmaq istəyərdim. Bənzər bir fikir bizim işimizi yüngülləşdirərdi. Təəssüf ki, təfərrüatları bilməyin yeganə yolu, ora özünün getməyindir. Pop-up keçirməyi planlaşdırdığın gələcək biznes partnyorunu yaxından tanıdıqdan sonra çox vaxt onun nələrə üstünlük verdiyinin ümumi təsvirini çəkmək olur.

Ulya: Müştərilərdən başqa satışın həcminə digər vacib amillər təsir edə bilər: mövsümilik, ölkədəki iqtisadi vəziyyət, tədbirin elanının təşkili... Adətən biz hər bir pop-ap üçün kolleksiyaların seçimini əvvəlcədən edirik, ona görə ki, zövqlər hər yerdə müxtəlifdir. Misal üçün, Londonda populyar və yüksək tələbata malik olan paltarlar çətin ki Bakıda satılsın və ya əksinə. Bəzən Moskvada müştərilərimizə təqdim olunmamış bir sıra yeni kolleksiyaların axtarışına ehtiyac duyulur.

Keçən il siz Bakıya səfər etmişdiniz. Yerli qadınların nəyə üstünlük verdiklərini müəyyən edə bildinizmi?

Ulya: Biz Bakıya pop-ap keçirmək məqsədi ilə hər mövsüm, ildə dörd dəfə gəlirik. Tədbirləri gözəl tərəfdaşımız Elnarə Bakirlə birgə Four Seasons otelində keçiririk. Çox böyük dəyər verdiyimiz qonaq və müştərilərimiz üçün ən yaxşı kolleksiyaları təqdim edəcəyimiz tədbirlər keçirməyə çalışırıq. Yeri gəlmişkən pop-up tədbirlərində malların hamısı tək bir nüsxədə təqdim olunur, başqa sözlə desək, bizdən mal alan müştəri 90% hallarda eksklüziv paltar əldə etmiş olur. Qeyd etmək lazımdır ki, bakılı müştərilər incə zövqləri ilə fərqlənirlər. Bizim üçün onların gözləntilərini doğrultmaq çox vacibdir.

screen_shot_2017-04-27_at_11.48.04

Londonda sizi necə qarşıladılar?

Nura: Oktyabrın axırı - Hellouin ərəfəsi, üstəlik londonluların çox məşğul ayı idi. Yer seçimi ideal idi: Old Brompton Gallery-də moda qalereyası yaratdıq – divarlarda şəkil əvəzinə paltarlar yerləşdirilmişdi. Londondakı işgüzar tərəfdaşımız Darina Faizova qonaqlara görə məsuliyyət daşıyırdı və nəticədə öz planını 200%-lıq üstünlüklə yerinə yetirdi. Tədbirdə bizi dəstəkləməyə 90 nəfərdən çox adam gəlmişdi.

Ulya: Köhnə tanışları, təsadüfi müştəriləri, məşhur bloggerləri görmək eyni dərəcədə xoş idi... Əslində, biz reklama elə də çox güc sərf etməmişdik, qonaqları ortaq səylərimizin nəticəsində dəvət etməyə müvəffəq olmuşduq. Həmçinin satışlar da bizi sevindirdi. Bu yaz biz daha iki irimiqyaslı pop-up keçirməyi planlaşdırırıq, onlardan biri Martın 21-dən 27-dək, 227 Kings Road-da təşkil olunacaq. Tədbirdə, bizim mağaza Londonun 20-dən çox məşhur brendləri ilə yanaşı iştirak edəcək. Lakin səyyar mağazaların uğuruna baxmayaraq, biz yenə də o nəticəyə gəldik ki, marağın qorunması və nəticələrin yaxşılaşması üçün bizə şəxsi şourum lazımdır.

Hansı növ geyimə sizin şourumda rast gəlmək mümkün deyil?

Ulya: Bizim mağazada müxtəlif üslublarda - klassikadan gündəlik geyimə, qranjdan etnoya qədər geyimlər təqdim olunur, nadir hallarda isə avanqard tərzə rast gəlmək mümkündür. Dəb çox dinamikdir, ona görə də bizə bir pərakəndə tacir kimi istisnalar gətirmək və heç vaxt bizim şourumda görə bilməyəcəyiniz geyimi adlandırmaq çətindir.

screen_shot_2017-04-27_at_12.14.57

Dəb biznesinin hal-hazırkı vəziyyəti və marketinqin təsiri haqqında, misal üçün, see now buy now konsepsiyası barədə nə düşünürsünüz?

Nura: Dəb evlərinin satış sistemlərinin yenidən qurulmasına çoxdan ehtiyac var. See now buy now isə ola bilsin ki, bütün dəb sənayesini dəyişə biləcək dahi bir üsuldur. Lakin bundan yalnız öz istehsalı və satış kanalları olan böyük şirkətlərin istifadə etmək imkanı var. Business of Fashion onlayn portalına əsasən, Tommy Hilfiger artıq dərhal satış sisteminə tam keçməyi planlaşdırır.

Ulya: Amma mənfi cəhətləri də qeyd etmək lazımdır: paltarları dərhal nümayişdən sonra satdıqda lüks kütləvi satışa çevrilir. Eksklüzivlik itir, 6 ay həsrətində olduğun malın yorucu intizarını mausun bir düyməsi öldürür.