NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

Yeni ilə nə hədiyyə etmək olar? “Bang & Olufsen”dən mükəmməl bayram

Qohumları, dostları, tanışları və həmkarları sevindirmək və xoş sürpriz etmək istəyən hər kəsi dekabr ayında "Yeni ilə nə hədiyyə etmək olar?" sualı narahat edir. Razılaşın ki, Yeni il hədiyyəsi təkcə yaddaqalan deyil, həm də həqiqətən faydalı və fərqli olmalıdır. Əgər siz hələ də 2023-cü il üçün nə hədiyyə alacağınızı bilmirsinizsə, o zaman Danimarkanın dünyaca məşhur “Bang & Olufsen” brendinin sizin üçün hazırladığı mükəmməl bayram təklifi ilə bu materialda tanış ola bilərsiniz.

“Beoplay EQ” qulaqlıqları səslənmə, dizayn və sənətkarlığın mükəmməl ahəngini təcəssüm etdirir. Onları özünüzlə istənilən yerə apara bilərsiniz. “Bang & Olufsen” brendinin bu modeli - daha yığcam və güclü olması ilə fərqlənir. Aktiv səsboğucu funksiyaya, 6 mikrofona, premium keyfiyyətli şarj qutusuna, özünəməxsus səs imkanlarına və bir sıra digər innovativ texnologiyalara malik bu qulaqlıqlar dəb və funksionallığın ideal vəhdətidir.

“Beoplay HX” simsiz qulaqlıqları yalnız sizə məxsus səs məkanı yaratmağa imkan verir. Ən son nəsil adaptiv aktiv səsboğucu funksiya qulaqlıqlarda fon səs-küyünü effektiv şəkildə kompensasiya edir və aradan qaldırır. Premium materiallar və xüsusi dizayn effektiv səs izolyasiyasını təmin edir ki, bunun sayəsində “Beoplay HX” qulaqlıqları ilə dinlədiklərinizi sizdən başqa heç kim eşitmir, 4 xüsusi mikrofon isə zənglər zamanı optimal səs dəqiqliyini təmin edir.

“Beoplay Portal” simsiz oyun qulaqlıqları oyunlar üçün nəzərdə tutulsa da, real həyatda istifadə üçün idealdır. Güclü və rahat bu qulaqlıqları asanlıqla həyat ritminizə uyğunlaşdıra bilərsiniz. Oyunlar oynamaq (“Xbox” və “Play Station”a ani qoşulma), musiqi dinləmək və telefonla danışmaq üçün əvəzolunmazdır.

Zərif və yığcam dizayna malik “Beosound A1 2nd Gen” portativ dinamiki dinləyiciyə ən xoş dinləmə təəssüratı vəd edir. Onun sayəsində ətrafınızdakı hər kəs saatlarla musiqidən zövq ala biləcək. Onun güclü, çoxistiqamətli səsi dinamiki təbii diqqət mərkəzinə çevirir, “multipoint” funksiyası isə iki telefonla ona qoşulmağa və sevimli melodiyalarınızı idarə etməyə imkan verir.

Portativ, möhkəm və səyahətlər üçün nəzərdə tutulmuş “Beosound Explore” dinamiki sərgüzəştləriniz zamanı sizin üçün qüsursuz səs keyfiyyətini təqdim edir. Möhkəm və cızılmaya davamlı olması, həmçinin toz və su keçirməyən korpusu sayəsində bu dinamikin tamlığı və təhlükəsizliyi barədə narahat olmağa dəyməz. Son dərəcə möhkəm bu simsiz dinamik sizi getdiyiniz hər yerdə müşayiət etmək üçün yaradılıb. Bundan başqa, batareya ömrü sayəsində istənilən hava şəraitində 27 saata qədər işləyə bilərsiniz.

“Beolit 20” - 30% daha çox batareya ömrünə, smartfonlar üçün daxili şarj qurğusuna və güclü portativ səs imkanlarına malik simsiz “Bluetooth” dinamikidir. Məşhur “Beolit” məhsul silsiləsinin 4-cü nəslinə aid bu dinamik möhkəmliyi, xoş toxunuş təəssüratı və premium materiallardan ustalıqla hazırlanması ilə seçilir.

İndi isə seçim sizindir! Qarşıdan gələn Yeni il bayramını “Bang & Olufsen” yaddaqalan etmək öz əlinizdədir.

Qeyd olunan bütün məhsulları dekabr ayında 161 AZN-ə qədər qənaətlə aşağıdakı satış nöqtələrindən əldə edə bilərsiniz: Italdizain, iSpace , Kontakt Home , Baku Electronics