
“Clean girl” dövrü bitdi – yeni “messy girl” trendini qarşlayın. “Clean girl” estetikası bizi saçlarımızı mükəmməl hamar daramağa, “dodaqlarının daha yaxşı halı” vədləri verən dodaq yağlarını almağa və bej rəngin xasiyyətin özüymüş kimi təqdim etməyə məcbur edirdi. Bir müddət bu işə yaradı. Biz həmin o qız olmaq istəyirdik: baxımlı, minimalistik, əziyyət sərf etmədən parlayan. Lakin 2025 yorğunluq gətirdi. İnternet rəsmi olaraq “clean girl” növbəsini təhvil verdi və yeni tərzdə çalışmağa başladı – daha cəsarətli, yayılmış və daha canlı: “messy girl” trendi.
“Clean girl” estetikası nədir?
Bu nəzarət üzərində qurulmuş obrazdır. Şüşə kimi parıldayan dəri, mükəmməl ayrılmış saçlar, ən az on kosmetik vasitənin köməyi ilə əldə edilmiş makiajsız makiaj təsəvvür edin. O nizam – intizam haqqında danışırdı: səhərlər matça, hot -yoqa, sənət əsəri kimi düzülmüş baxım məhsulları rəfi. İlhamvericidir? Bəli? Reallığa uyğundur? Çox da deyil - əsas da özünü bu estetikaya uyğunlaşdırmaq istəyənlər üçün.
“Messy girl” dövrünə xoş gəlmisiniz
“Messy girl” – un saç düzümü dağıla bilər – bu “tekstura” adlanır. Göz layneri mükəmməl deyil – o sahibi ilə birlikdə “gecələyib”. Dodaq qələmi latte köpüyündə iz buraxır – amma bu onun vecinə deyil. Obrazın ab – havası yekunlaşmamış, xaotik və nəhayət insanidir.
Bu Paris modelinin podiumdan kənar enerjisidir: ağ sadə köynək, aşağı belli cins, smoki, qəhvəyi dodaq qələmi və bəzən qırmızının kiçik bir vurğusu.
«Messy girl» - un gözəllik möhürləri
- Sanki bütün gün birlikdə olduğunuz göz layneri
- Saç aksesuarları ilə toplanmış dağınıq saçlar – mükəmməl “at quyruğu” saç düzümünün əvəzinə
- Tünd rəngli dodaq qələmi ilə kontur – xəttdən daha böyük. Və məhz bu xüsusiyyəti onu mükəmməl edir
- “Yataq” effektli saçlar: “buna gözə zəhmət çəkməmişəm” – və bu həqiqətdir.
Nə üçün “səliqəsizlik” bu qədər vacibdir?
Mükəmməllikdən bezmək
Biz qüsursuz olmaqdan bezmişik. İllərlə “şüşə kimi dəri” təlimlərindən, “səhər saat 5-də oyan” marafonlarından sonra auditoriya artıq qüsursuzluq təzyiqi altında yaşamaq istəmir. “Messy girl” trendi sanki dərin nəfəs almaq kimidir: göz layneri gülüşdən yayılır, dodaq qələmi daima yenilənməyə ehtiyac duymur, saç düzümü isə bir tel azadlığa çıxdıqda belə dağılmır.
Gözəllik standartları enməyib — sadəcə sərhədləri genişlənib.
Z nəslinin həqiqilik tələbi
Z nəsli saxtalığı ayırd etməyi mükəmməl şəkildə öyrənib. Əgər Instagram qüsursuz filtrlənmiş lentlər tələb edirdisə, onların sevimli platformaları — TikTok və BeReal — əksinə, parıltını yox, səmimiyyəti önə çıxarır. “Messy girl “obrazı isə məhz bu mədəni dəyişikliyi əks etdirir: qüsurları, fərqlilikləri və xarakteri qəbul edən gözəllik trendi. Onun mesajı aydındır: «Mən insanam, Facetune şablonu deyil». Və məhz bu gerçəkliyə yaxınlıq Z nəslinin görmək istədiyi şeydir.
Podium enerjisi və dəbin təsiri
Dəb hər zaman gözəlliyi yönəldib – bu dəfə də istisna deyil. Acne Studios, Diesel və Miu Miu - bu yaxınlarda baş tutan nümayişlərində səliqləsiz teksturalar, qranj üslublu makiyaj və “salondan çıxmış” yox, daha çox “yataqdan qalxmış” kimi görünən saç düzümü. Moda hara gedirsə, gözəllik də onun ardınca gedir — və artıq “messy girl” estetikası dəbdəbəli jurnallardan gündəlik bəzək dərslərinə sızmağa başlayıb.
Postpandemiya üsyanı
“Clean girl” estetikası nəzarət altında olan dünyanı əks etdirirdi: steril, səliqəli, təhlükəsiz. Lakin maska, lokdaun və qayda – qanun illərindən sonra istiqamət əks tərəfə dəyişdi. “Messy girl” – yaprıxmış tuşun, dodaqlarda kofe izlərinin üsyanıdır. Gözəllik manifestdir: “Mən bütün bunlardan keçdim – və artıq yaşayacağam. Cəsarətli, qeyri - mükəmməl və üzr istəmədən”.