
Bakıda yenicə açılmış Gaggenau şourumu brendin zəngin irsini yerli mədəni və dizayn ünsürləri ilə mükəmməl şəkildə birləşdirən memarlıq möcüzəsidir. Şourum yerli ərazilərin ruhundan ilham alaraq özünəməxsus məkan və xarakterlə seçilir, zərif zövqə malik şəxslər və peşəkarlar üçün incə, dərin düşüncə anları bəxş edir. Bu məkan mətbəx sənətini kəşf etmək istəyən kulinariya həvəskarları, memarlar, interyer dizaynerləri və ev sahibləri üçün ilhamverici bir təcrübə məkanına çevrilir.
Azərbaycanda müasir estetikaya qarşı artan maraq müşahidə olunur və mətbəx evin qəlbinə çevrilir. Gaggenau-nun “müasir klassika” üslubu bu tendensiya ilə mükəmməl vəhdət təşkil edir — dəbdəbəli mətbəxlər üçün zamansız, zərif və yüksək zövqlü həllər təqdim edir.
BSH-nin Omnikanal Marketinq üzrə Biznes Partnyoru Fidan Sultanova istehlakçı gözləntilərində baş verən dəyişimi belə vurğulamışdır: “Müştərilərimiz artıq sadəcə mətbəx avadanlıqları axtarmır – onlar gündəlik həyatlarını daha da zənginləşdirəcək yaşam tərzi həllərinə can atırlar. Bakıda açdığımız yeni şourum da məhz bu ehtiyacları qarşılamaq üçün yaradılıb – burada hər ziyarətçini hərtərəfli və interaktiv bir təcrübə gözləyir.”
Gaggenau şourumu bu yaxınlarda, kulinariyaya böyük marağı ilə gəlişini daha da yaddaqalan edən Ülviyyə Mahmudu qarşıladı. Chinar restoranının şef – aşpazı - Gokhan Ozkol ilə birlikdə o, — Gaggenau cihazlarının imkanlarını kulinariya sənətinin incəlikləri vasitəsilə kəşf etdi – birlikdə hazırladıqları zərif və ləzzətli yeməklər bu texnologiyanın gücünü əyani şəkildə nümayiş etdirdi.
Gaggenau — yüksək keyfiyyətli məişət texnikası istehsalçısı olaraq, alman istehsal ənənəsini daşıyan “Made in Germany” nişanının simvoluna çevrilmiş, dizayn və texnologiya sahəsində yenilikçiliyi ilə dünya miqyasında tanınan bir brenddir. 1683 – cü ildən başlayan tarixə malik bu şirkət, beynəlxalq səviyyədə tanınan məhsulları ilə yerli mətbəxdə inqilab etdi. Gaggenau – nun uğuru texnoloji yeniliklərə və yüksək funksionallığa malik misilsiz dizayna əsaslanır. Gaggenau, 1995 – ci ildən bəri Münhendə BSH Hausgeräte GmbH – nın törəmə müəssəsi olmuşdur və hal – hazırda dünyanın əsas şəhərlərində 50 -dən çox ölkədə, 60 – dan artıq flaqman və şourumlarla təmsil olunur.