Herend – əl işi çini qabların dünya şöhrətli lüks sinifli aparıcı istehsalçısıdır və İtaldizain ilə kolaborasiyası nəticəsində xüsusi ilə Azərbaycan üçün ərsəyə gəlmiş yeni kolleksiyasını təqdim edir. Bu kolleksiya Qarabağ torpaqlarının azad edilməsi uğrunda aparılan müharibənin bu il qeyd edilən beş illiyinə həsr olunub. Azərbaycanda Zəfər günü hər il noyabrın 8 – də qeyd edilir.
Servizin bütün əşyalarını Xarıbülbül (Qafqaz ofrisi, latın dilində Ophrys caucasica, Azərbaycan dilində xarıbülbül (hərfi mənada – bülbül tikanı) orxideyasının təsviri bəzəyir. Şuşa və onun ətraf ərazilərində bol-bol bitən bu möhtəşəm bənövşəyi-qızılı çiçək 2020-ci ildə Azərbaycan xalqının tarixi Zəfərinin – İkinci Qarabağ müharibəsindəki qələbəsinin rəsmi simvoluna çevrildi. O, eyni zamanda Qarabağın əzəli torpaqlarının azadlığı uğrunda canlarından keçmiş Azərbaycan əsgərlərinin xatirəsini təcəssüm etdirir. Kolleksiyaya çay dəsti, tort qabı və güldan daxildir – bu incə zövqlə hazırlanmış məmulatlar vahid bədii ideyanı və zərif şəkildə işlənmiş naxışları özündə birləşdirir. Herend fabrikinin peşəkar rəssamları tərəfindən xüsusi olaraq bu kolleksiya üçün hazırlanmış eskizlər əsasında yaradılan əl işi rəsmlər yüksək sənətkarlığın və realizmin təntənəsidir.

İtaldizain şirkəti kollaborasiya tərəfdaşlarını hər zaman xüsusi diqqətlə seçir. Herend ilə olan əməkdaşlıq da istisna deyil. 2026 – cı ildə öz 200 illiyini qeyd edəcək aparıcı Macarıstan fabriki çoxdan “kralların çinisi” şərəfli adına layiq görülmüşdür. Onun müştəriləri arasında Böyük Britaniya, Belçika, Yaponiya, Bruney, Oman və Tailandın hakim sülalələri, ABŞ prezidentləri, eləcə də aristokrat və məşhur sahibkar nəslindən olan ailələr — Habsburqlar, Lixtenşteynlər və Rotşildlər yer alır.
Herend ustalarının möhtəşəm sənət nümunələri Amerika Birləşmiş Ştatlarının Ağ Evini, Avropa Parlamentini və Macarıstan prezidentinin iqamətgahını bəzəyir. Brendin butikləri dünyanın ən nüfuzlu şəhərlərinin prestijli ünvanlarında — Parisdə Rivoli küçəsində, Nyu-Yorkda Beşinci prospektdə, Tokionun Ginza rayonunda və Los-Ancelesin Rodeo-Drive bulvarında yerləşir.
Herend məhsullarını dünyanın ən məşhur və dəbdəbəli universal mağazalarında — Harrods, Saks Fifth Avenue, Neiman Marcus, Mitsukoshi və Takashimaya kimi ticarət mərkəzlərində tapmaq mümkündür.
Herend çininin mükəmməl keyfiyyətinin sirri — əsrlər boyu qorunan ənənələrin müasir texnologiyalarla vəhdətindədir. Brendin fəlsəfəsi kainatın bütövlüyü və harmoniyasını dörd ünsürün – torpaq, od, su və havanın birliyində əks etdirməkdən ibarətdir. Torpaq – çininin hazırlandığı ağ gildən, od – bişirmə sobalarından, su – rəssamların boyaları qarışdırdığı vasitədən, hava isə sobanın işləməsi və rəsmin sabitləşməsi üçün zəruri elementdir.
Herend kolleksiyalarını məhdud sayda seriyalarla buraxır və ya fərdi sifarişlər əsasında eksklüziv xətlər yaradır. Hər bir məmulat bir neçə mərhələdən (bəzən 20-yə qədər) keçir: əl ilə qəlibə salınır, relyefli dekorativ elementlər formalaşdırılır, daha sonra bişirmə, əl ilə rəngləmə və qızıl suyuna çəkilmə prosesi həyata keçirilir.
İki əsrə yaxındır ki, fabrikdə çini ilə işləməyin incəlikləri ustadan şagirdə birbaşa ötürülür. Bununla belə, brend daim yeniliyə açıqdır: müasir dizayn meyillərini nəzərə alaraq, Herend yeni formalar, rənglər və bəzək texnikaları üzərində davamlı şəkildə çalışır.
Müştərilərinə olan hörmətini və diqqətini Herend fabriki dünya çini sənayesində nadir rast gəlinən bir təkliflə — ömürlük serviz bərpa zəmanəti ilə ifadə edir. Bu unikal xidmət sayəsində Herend sevənlər ailə servizini nəsildən-nəslə ötürülən dəyərli bir irs kimi qoruyub saxlaya bilirlər.
Herendin Xarıbülbül kolleksiyası Ambiance butikində təqdim edilmişdir.
Ünvan: 28 may küçəsi, 5A, Bakı, Azərbaycan.
Əlaqə üçün telefon: +994 (12) 498-62-94


