NARGIS MAGAZINE
Həyat tərzi

Horoscope. İyun

Bu ay kommunikasiya, intellekt, ünsiyyət və səyahət planeti olan Merkuri tərəfindən idarə olunur. Bu il iyun ayı olduqca sərt astroloji hadisələrlə doludur, bu da, görünür, onun yüngüllük göstərmək təyinatına ziddir. İki hadisə: 5 iyun – ay tutulması və 21 iyun gün tutulması – yığılmış problemlərdən qaçmağınıza imkan verməyərək qarşınıza karmik vəzifələr qoyacaqdır. Ay tutulmaları tandemində may ayında əlamətlərini dəyişdirən və Əkizlər-Oxatan xəttini aktivləşdirən ay düyünləri var. Astrologiyada ay düyünləri bizim karma vəzifələrimizi və keçmiş təcəssümlərdən qalan təcrübəmizi simvollaşdırır. Oxa toxunan düyünlər kommunikativliyə, təhsilə, yaxın çevrə və qohumlarla daha nəvazişli ünsiyyətə meyl yaradaraq diqqətimizi avtoritarlığın və rəhbərliyin rədd edilməsinə yönəldir. İyun ayı boyunca sevgi və maliyyə planeti olan Venera geriləmə, köhnəpərəst hərəkətində olacaq və bununla da münasibət problemləri daha da gücləndirəcək və maddi rifahın qarşısını alacaq. Bu, bütün bürclərə aiddir: bu dövrdə ciddi maliyyə yatırımları planlaşdırmağa dəyməz, evlilik və müqavilələr bağlamaq arzuolunmazdır. Yaxınlarınızı qorumağa, mövcud münasibətlərin qədrini bilməyə, təhsil və yaradıcılıqla məşğul olmağa çalışın.

QOÇLAR bacı-qardaşları ilə problem yaşayacaqlar, onların özləri də qayğı və ən nəzakətli münasibətə ehtiyac duyurlar. Uzun səfərlər və səyahətlər arzuolunmazdır – bu sizi tamamilə hövsələdən çıxaracaq. Ancaq intellektual əmək və ya təlim proqramları sizdə maraq oyadacaq və hətta karyeranızda kömək edə biləcək. Hazırcavab yumorla və hətta sarkazmla parlaya biləcəyiniz şən ortamlar iyun ayının gərgin enerjisinə xoş hisslər qatacaq və sizə güc verəcək.


BUĞALARA xüsusən daşınmaz əmlakla əlaqəli maliyyə sərgüzəştlərindən çəkinmək məsləhət görülür. Sağlamlığınıza diqqət edin – həyat tərzinizdə lazımi düzəlişlər edin, idman və sağlam qidalanma haqqında unutmayın. Şəxsi münasibətlərdə məmnunluq hissini yalnız ayın sonunda yaşaya bilərsiniz, bu zamana qədər isə öz inadkarlığınızla qarşılıqlı anlaşılmazlığı çətinləşdirməməyə çalışmalısınız.


Bu ay ƏKİZLƏRİN ayı olsa da, arxayın olmamalıdırlar. İstənilən sahədə görüləcək işlərin çoxluğu onların məsuliyyətini artıracaq. Əkizlərin növbəti il yarımı öz resursları ilə nə dərəcədə ağıllı idarə etmələrindən asılıdır. Məhz indi mühüm hadisələrin təməli atılmalıdır. Pulları sağa-sola xərcləməyin, rəsmi münasibətlərə girməyin, qohumlarla mübahisə etməyin və eyni zamanda... nikbinliyi itirməyin!


XƏRÇƏNGLƏRİN gündəlik işlə məşğul olaraq və nəsə qlobal bir şeyi öyrənməyə qərq olaraq kölgədə qalmaqları yaxşı olar. Həyat enerjinizin azalması fiziki və intellektual fəaliyyətinizə yaramır, hətta özünüzə olan inancınızı sarsıda bilər. Unutmayın ki, bütün çətinliklər müvəqqətidir, artıq gələn ay xərclərinizi və əldən verilmiş imkanlarını artıqlaması ilə kompensasiya edəcəksiniz. Bu ay sizin üçün ən əsas məsələ – sizin üçün məqbul olan hər cür formada insanlara fədakar xidmət göstərməkdir.


ŞİRLƏRƏ iyun ayı çevrələrinin etdiyi düzəlişlər sayəsində planların və layihələrin dəyişdirilməsinə təkan verəcək. Bu, bir növ ağrılı olsa da, dost mühitinin təmizlənməsi diqqətinizi yaxşı perspektivləri cəlb edən vacib məsələlərə fokuslayacaq. Sizi həmişə olduğu kimi sevdikləriniz dəstəkləyəcək, uşaqlar isə uğurları və səmimi bağlılıqları ilə təəccübləndirəcəklər. Yaradıcı Şirlər üçün öz istedadlarını göstərmələri və inkişafı üçün yeni üfüqlər açılacaq.

QIZ bürcləri karyeralarında çətinliklərlə üzləşəcəklər – vəzifələrinə uyğun olub-olmamalarını sübut etməli olacaqlar. Ancaq rəhbərliklə mübahisələrə girməyə dəyməz – buna görə uzun müddət etibarınızı itirmək riskiniz var. Ən yaxşı həll tətilə getməkdir. Yaşlı ailə üzvlərinin himayəsi sizin üçün böyük dayaq olacaq, ailə yuvasının qurulması və evdəkilərin qayğısına qalmaq isə səssiz sevinc hissi ilə dolduracaq və daxili enerjini tarazlamağa kömək edəcək.


TƏRƏZİLƏR tənbəllik etmədən və özlərinə heç bir güzəştə getmədən ciddi olaraq təhsil və ya başqa bir intellektual işlə məşğul olmalıdırlar, əks halda onları müəllim və rəhbərlərlə müqayisədə dönülməz nəticələr gözləyir. Gücü və ilhamı qayğı göstərərək bacı-qardaşlarından almalıdırlar, çünki bu ay uzaq səyahətlər tövsiyə edilmir. Amma qısa səfərlər və dostlarla təbiət gəzintiləri həyatınızı pozitivlə dolduracaq.

ƏQRƏBLƏRƏ kənar müdaxilələrdən daxili dünyalarını qorumalıdırlar. Əmlak sazişləri bağlamaq və ümumiyyətlə böyük alış-verişlər etmək məsləhət görülmür. Sizin başqalarının sirləri və sehr təcrübələri ilə həddindən çox maraqlanmanız enerji itkisinə gətirib çıxaracaq. Sadəcə mənəvi yol və qismətinizi dərk etməyiniz, başqalarının zəifliyinə səbirli olmağınız sizə planlarınızı dəyişməyə və enerjinizi tarazlaşdırmağa kömək edəcək.

OXATANLAR hər zamankından daha çox sıxıcı məsuliyyəti və yavaşladan münasibətləri üzərindən atmaq istəyirlər, lakin sonsuz azadlıq istəyi yaxınlarla ciddi küslüklərlə nəticələnə bilər. Tələsik qərarlar almağa dəyməz, həm də sizin digər yarınız, eyni zamanda sizin bilavasitə iştirakınıza tələbat duyan biznes partnyorlarınız heç vaxt olmadığı qədər qayğınıza və sədaqətinizə ehtiyac duyurlar. Nəzərə alın ki, mənəvi tarazlığınızı yalnız partnyorlarla qarşılıqlı anlayış vasitəsilə bərpa edə biləcəksiniz!


OĞLAQLAR səhhətlərinə xüsusi diqqət yetirməlidirlər, fiziki və emosional olaraq maksimal dərəcədə bərpa olmaq üçün təbiətdə istirahət etmələri daha yaxşı olardı. Rəhbərliklə konfliktləri çətinləşdirməyin və işçiləri öz nüfuzunuzla əzməyə çalışmayın. Ən yaxşısı «məxfi materialların» öyrənilməsi və ya ezoterik elmlərlə məşğul olun – bu sizə dünyagörüşünüzü genişləndirməyə kömək edəcək və psixikanıza çox yaxşı təsir göstərəcək.

DOLÇALAR üçün yaradıcı böhran, həm də sevdikləri tərəfindən ağır anlaşılmazlıq təhlükəsi var. Çox uzağa getməyin – çünki çətinliklə qurduğunuz münasibətləri itirmə riski var, istənilən yeni münasibətlər isə sizi məyus edəcək və mənəvi düşüşə səbəb olacaq. Dostlarınızdan və həmfikirlərinizdən dəstək gözləyin: sizin birgə planlarınız və layihələriniz özünüzə inamı bərpa etməyə və «yenilənməyə» kömək edəcək, xüsusilə də, əgər bu layihələr cəmiyyətə faydalı olacaqsa.



BALIQLARA yaxınları ilə münasibətləri düzəltmək və onlara mümkün qədər dəstək vermək məsləhət görülür. Yeni evə köçmək arzuolunmazdır, bu müddətdə başlanan təmir qeyri-müəyyən vaxtda bitəcək, bahalı satınalmalar isə sevindirici hal olmayacaq. Nəslinizin tarixini öyrənmək üçün ən yaxşı vaxtdır. Təmkinli və sakit olmağınız sizə hər şeydə tarazlığı qorumağa yardım edəcək. Nəslin tarixini, köklərini öyrənməyin, hətta şəcərənizin araşdırılması ilə məşğul olmağın tam vaxtıdır – bu sizə fikriniz dağıtmağa və hətta mənəvi olaraq təmizlənməyə yardım edəcək.