NARGIS
NARGIS MAGAZINE
Bloqlar

Xoşbəxt xatirələr sənəti

Baş verənlərə şükür etməli olduğumuz bir neçə müsbət səbəb var. Onlardan biri də sonraya buraxılan kitabları oxumaqdır. Beləliklə, Mayk Vikinqin "Xoşbəxt xatirələr sənəti" kitabına əlim çatdı və xatırladığım şeyləri düşünməyə başladım.

Daha aydın desək, kitabın müəllifi Kopenhagendəki Xoşbəxtlik Tədqiqatı İnstitutunun rəhbəridir. Yenidən oxuyun! Xoşbəxtlik Tədqiqat İnstitutu! Coşqu və koronavirus depressiyası həyəcan ilə anidən Danimarkaya köçməyi düşünənlərin vaxtına qənaət edib bildirim ki, – currently no job offers available. Bu institutun komandası insanların nələr hiss etdiklərini, həyatlarında nəyi xatırladıqlarını, insan xoşbəxtliyinin necə formalaşdığı və ümumi olaraq nədən ibarət olduğunu araşdırır. HyggeLykke kitablarını çoxdan oxumuşam. Bu kitabda təsvir olunanlar və gündəlik həyatım arasında o qədər bənzərlik tapdım ki, o vaxtdan bəri ümumiyyətlə özümü bir az danimarkalı kimi hesab edirəm. Hygge – onların həyat tərzini müəyyənləşdirən rahatlıq məmnuniyyəti fəlsəfəsini təcəssüm edən sözdür. Bu söz danimarkalılar və bu haqda danışılan kəslər arasında o qədər çox istifadə olunur ki, artıq hygge sözünü ingilis dilində fel kimi istifadə etmək olar. Lykke – daha geniş bir anlayışdır, danimarkalıları olduqca xoşbəxt etdiyini müəyyənləşdirən 6 əsas amililəri ilə bu söz dan dilində "xoşbəxtlik" kimi tərcümə olunur (beynəlxalq ekspertlər Danimarkanı 2013, 2016 və 2018-ci illərdə ən xoşbəxt millət olaraq qəbul ediblər).

Beləliklə, üçüncü kitabda xatirələr sənəti ilə yanaşı musiqinin, qoxunun, dadın və hətta rəngin bizi həyatımızın bəzi dövrlərinə necə və niyə qaytara biləcəyi, eyni zamanda yaşam prosesində bizdə müsbət hisslər oyadan hər şeyə diqqət yetirməyin nə qədər vacib olduğu təsvir edilir. Kitabda mənim üçün bir az kədərli görünən şey "reminissensiya effekti" (reminiscence effect) – müəllifin özü bu mürəkkəb termini Brüs Sprinqstinin "Glory Days" mahnısını dinləməklə əvəz etməsini təklif edir. O, araşdırmalara görə, yaşlı insanlardan ən yaxşı xatirələrini soruşduqda onlar 15-30 yaş arasındakı həyat dövrü haqqında danışdıqlarını bildirir. Bu yaxınlarda 40 yaşı olan Viking kitabda özünə bir sual verir və 31 yaş ilə müqayisədə 21 yaşı olduğu ili xatırlamağa çalışır. Hana ilə səyahət hekayələri, Heminqueyin Parisdəki evlərinə ziyatətləri ilə dolu və ya bağban kimi çalışdığı 21 yaş xatirələri 3 səhifəyə qədər uzandı. O, təkcə o yerləri deyil, otel otağında asılmış rəsmi, otelin dalanında bir kafedə hər səhər yeməyində içdiyi qəhvənin neçəyə olduğunu və əlavə qazanc üçün çalışdığı zaman biçdiyi otun qoxusunu belə xatırlayır.

Meik Wiking

31 yaşında isə yalnız çox çalışdığını xatırlayır və sadəcə Dövlətlərarası iqlim dəyişikliyi konfransındakı bir elmlər doktoru ilə yalnız maraqlı bir dialoqu. Tərcümə edərkən dialoqun yumoru itir, ona görə də bu dialoqu olduğu kimi kopyalayıram, amma bundan əvvəl konfransın Kopenhagenin şimalında yerləşən "Hamlet Sarayı" kimi də tanınan Kronborg sarayında keçirildiyini qeyd etmək istəyirəm.


- “Do you know where the bathroom is?" Dr Pachauri asked me
- “I'll show you, it's in the courtyard. There is only one toilet in the entire castle"
- "Hmm" he said. "Only one toilet in the entire castle - really?"
- "Yes"
- "Do you think maybe Hamlet was misquoted?"
-"Why?"
- "Maybe he said, "To pee - or not to pee - that is the question"

Söhbət maraqlıdır, amma 2009-cu ildə xatırladığı yalnız bunun olduğu mövzusuna qayıdaq. Görünür, elə buna görə həyatın keyfiyyətli xatirələrini necə toplamaq barədə 300 səhifəlik məsləhətlər yazmağa qərar verib. Oxucumun neçə yaşından asılı olmayaraq, bu gün bu haqda düşünməyinizi xahiş edirəm – keçən həftədən, keçən ildən və ya məktəbi bitirdikdən sonra nəyi xatırlayırsınız? Danimarkalı Vikingin fotolardan savayı bizi (nəinki daha çox, həm də daha parlaq xatırlamaq istəyənləri) sevindirən hekayələri bir-birimizə danışmaq, həmin günü xatırladan əşyaları toplamaq, daha çox yeni şeylər sınamaq – çünki ilk duyğular ən yaddaqalan olur – və ən başlıcası gələcək xatirələrinizi yaratmaq barədə tövsiyələrinə də diqqət yetirməyinizi xahiş edirəm. Vinni Puxu o, XX əsrin filosoflarından biri hesab edir və ondan sitat gətirir: "siz xatirələr yaratdığınızı dərk etmirsiz, sadəcə bundan zövq alırsınız".

Zeynəb Cahan