
San Crema Bakery – nin təsisçisi
İxtisasca müəllim olan Cəmilə incəsənət məktəbinin məzunudur. O, hər zaman yaradıcılıq eşqi ilə yaşamışdır. 25 il təhsil sahəsində fəaliyyət göstərdikdən sonra, şirniyyatçılığa böyük həvəsinin olduğunu aşkar etdi. O deyir: “İlk on sifarişimizi qəbul etdikdə, anladım ki, cəmiyyətə fərqli bir yolla da töhfə verə bilərəm.” Sadiq müştəriləri ilə birlikdə o, dərin mənaya malik bir iş qurdu. Təxminən 10 ildən sonra, onun şirniyyat kafesi böyüdü və San Crema brendinə çevrildi. Əsası dörd il bundan öncə qoyulmuş bu brend Gəncənin kulinariya səhnəsində xüsusi bir yerə malikdir.
Biznesinizin ən önəmli dəyəri nədir?
Mənim üçün ən dəyərli müştəri məmnuyyətidir. Tort hazırlamağım – onun rəngi, dizaynı üzərində çalışmağım və müştərinin razılığını görməyim bu mənim üçün ən böyük mükafatdır.
Daha önəmli olan nədir – proses yoxsa nəticə?
Nəticə. Şübhəsiz.
Biznesdən öyrəndiyiniz hansı qaydanı həyatınıza tətbiq edirsiniz?
Nizam – intizam. Hər şey qaydalar çərçivəsi daxilində olmalıdır. Yalnız bu halda siz həm keyfiyyət, həm də kəmiyyət məqsədlərinizə çata bilərsiniz.
Bir sahibkar uğursuzluq qorxusunu necə dəf edə bilər?
Mən heç vaxt uğursuzluqdan qorxmamışam. Həmişə özümə inanmışam. Özümü güclü bir qadın kimi görmüşəm.
Bir insanı lider edən nədir?
Özünə inam. Hər şeyin yoluna qoyulacağına inam.
Dəstək sizin üçün nədir?
Məni övladlarım dəstəkləyib. Ailəm yanımda olub. Onlar hər zaman mənimlə olub – bu da, mənim uğurumun önəmli parçasına çevrilib.
Biznesinizə sıfırdan başlasaydınız nəyi fərqli edərdiniz?
İnanıram ki, hər şey olmalı olduğu kimi baş verdi. Dəyişmək istədiyim heç nə yoxdur. Hər şey doğru zamanda, doğru şəkildə öz axarına düşdü. Əlbəttə, həmişə öyrəniləsi yeni şeylər olur – amma yaratmağı arzuladığım hər şeyi yaratmışam.
Dünyada hansı uğurlu şəxs ilə görüşmək istərdiniz və niyə?
Şirniyyatçılıq sənətindən olan biri ilə. Qlobal səviyyədə tanınan insanlara böyük hörmətlə yanaşıram. Onların hamısının adını xatırlaya bilmirəm, amma Cédric Grolet və Renat Ağzamova dərin ehtiram duyuram – onlar inanılmaz dərəcədə istedadlıdırlar.
Sizinlə çalışan insanlarda hansı xüxusiyyətlərin olmasına üstünlük verirsiniz?
Dürüstlük və məsuliyyət. Bu ən vacib xüsusiyyətlərdir – insan öz işinə sadiq olmalı və onu fədarkarlıqla yerinə yetirməlidir.
Biznesə yeni başlayanlara hansı məsləhətləri verərdiniz?
Bu işə ciddi yanaşın. İnqrediyentlərinizin keyfiyyətinə xüsusi diqqət yetirin – bu uğurun açarıdır. Məhsul mükəmməl olmalıdır. Və təbii ki, dadları ahəngdar şəkildə birləşdirməyi bacarmaq lazımdır.
2025-ci ildə Visa və Birbank Biznes birgə “Uğur hekayəni yarat” adlı təhsil və müsabiqə proqramına start verir. Proqram iştirakçıları əsas biznes bacarıqlarını əldə edəcək, təcrübəli mentorların dəstəyini alacaqlar və proqramın sonunda öz bizneslərini inkişaf etdirmək üçün pul mükafatı uğrunda yarışmaq imkanı qazanacaqlar. Müsabiqənin ümumi mükafat fondu 60,000 azn təşkil edir.
Müraciətlər 10 İyun, 2025 (bu tarix daxil olmaqla) proqramın vebsəhifəsi vasitəsi ilə təqdim edilə bilər: https://shesnext.emergingeurope.org/az/