
La Mia Colazione kafesinin təsisçisi
Onun adı Xanımdır – bir çoxlarının düşündüyü kimi, Lamiyə deyil. 33 yaşı var və iki övladının qürurlu anasıdır. Xanım 160 saylı Klassik Gimnaziyadan məzun olduqdan sonra Bakı Dövlət Universtitetində Şərqşünaslıq fakultəsində Yapon dili üzrə təhsil alıb. Onun hekayəsi 2021 – ci ildə, pandemiya zamanı başlayıb. Eyni ildə, o, çatdırılma xidmətinin əsasını qoymuş və dəyərli təcrübəyə yiyələnmişdi. 2022 – ci ilin mart isə ayında La Mia Colazione kafesinin qapılarını ilk dəfə olaraq qonaqların üzünə açmışdı.
Uğurlu biznesin yaradılmasında sizə kömək edən əsas xüsusiyyətiniz hansı olmuşdur?
Məqsədəyönlülük. Bürcüm oxatandır – biz öz qətiyyətlilik xüsusiyyətimizlə seşilirik. Və mən, şəraitdən asılı olmayaraq, məqsədlərimə çatmaq gücünə sahibəm.
İntuisiya yoxsa hesablamalar – biznesdə daha vacib olan nədir?
Hər ikisi önəmlidir. Hər zaman həm beynimin, həm də qəlbimin səsinə qulaq asmağa çalışıram.
Biznesinin inkişaf etdirilməsi üçün sizə ilham verən nədir?
Məmnun qonaqlarımızın rəyləri və təbii ki, övladlarım. Arzularının arxasınca getmək, sıfırdan başlamaq və istənilən şəraitdə məqsədlərinə çatmaq mümkün olduğunu onlara göstərmək imkanımın olmasına görə həyata çox minnətdaram.
On il öncəki özünüzə nə məsləhət verərdiniz?
Özünüzü seçin. Qəlbinizin səsini dinləyin. Və heç vaxt heç nədən qorxmayın.
Biznesə başladığınızda ən böyük qorxunuz nə idi?
Başlamaq qorxusu. Qorxulu görünür, çünki komfort zonanızı tərk etməli olursunuz – lakin bu, inkişafınızın başladığı nöqtədir.
İndiyədək biznesdə verdiyiniz ən “çərçivələrdən kənar”, lakin uğurlu qərar hansı olub?
Hər kəsin gün ərzində 3 dəfə yemək təqdim etdiyi zaman, yalnız səhər yeməyinə fokuslanmaq kifayət qədər cəsarətli addım idi. Amma mən öz yolumu seçdim və diqqətimi inandığım dəyərlərə yönəltdim.
Hansı uğursuz təcrübəniz və ya böhran anınız sizin üçün ən yaxşı dərs olub?
Tükənmişlik anım, bir anda hər şeyi idarə etdiyimin fərqinə vardım – satınlama işlərindən tutmuş İnstagram səhifəmi idarə etməyə qədər. Həqiqi uğur – başqalarına güvənməyi və onlara səlahiyyət verməyi bacarmaqdır – bu isə mənim daim çətinlik çəkdiyim bir məsələ olub.
Lakin bu, yol boyu öyrəndiyim bir dərs oldu.
Biznesinizin uğurlu olduğunu nə zaman anladınız?
Kafenin önündə toplanan növbələri və boş masa gözləyən qonaqları gördüyümdə.
Müştəri məmnuniyyəti biznesinizdə hansı rolu oynayır?
Qonaqlarla səmimi əlaqə qurmaq hər zaman müsbət nəticələr verir. Əgər onlar məkanınızda özlərini xoş hiss etsələr, yenidən – təkrar-təkrar buraya qayıtmaq istəyəcəklər.
2025-ci ildə Visa və Birbank Biznes birgə “Uğur hekayəni yarat” adlı təhsil və müsabiqə proqramına start verir. Proqram iştirakçıları əsas biznes bacarıqlarını əldə edəcək, təcrübəli mentorların dəstəyini alacaqlar və proqramın sonunda öz bizneslərini inkişaf etdirmək üçün pul mükafatı uğrunda yarışmaq imkanı qazanacaqlar. Müsabiqənin ümumi mükafat fondu 60,000 azn təşkil edir.
Müraciətlər 10 İyun, 2025 (bu tarix daxil olmaqla) proqramın vebsəhifəsi vasitəsi ilə təqdim edilə bilər: https://shesnext.emergingeurope.org/az/