NARGIS
Ru En
NARGIS MAGAZINE
Sağlamlıq və Gözəllik

KIKO milano yay mövsümündə: günəşli günlər, həssas qürub çağları

İtalyan yayına xoş gəlmisiniz: sonsuz mavi səmaların və enerji bəxş edərək narıncı, sarı və qızılı şüaları ilə ətrafa işıq saçan parlaq günəşin mənzərəsi. Günəş şüalarının enerji verən gücünü hiss etməmək mümkün deyil. Günlər canlı, rəngarəng əyləncə ilə doludur. Axşamlar “qızılı saat”ın gəlişi və dostlarla aperitivo məclislərində dincəlin.

Günəşə doğru…
Günün həyəcanını azaltmadan müdafiəni təmin edən yüksək qoruyucu vasitələrlə günəşli bir günə hazır olun. Çimərliyə, şəhərə və ya şəhər ətrafı gəzintiyə getməyinizdən asılı olmayaraq, Fondazione Veronesi tərəfindən təsdiqlənmiş və UBA və UBB filtrləri ilə dermatoloji testdən keçirilmiş suya davamlı KIKO MILANO Suncare məhsulunu əldə edin. SPF30 və SPF50 Günəşdən qoruyucu krem ​​və maye dəniz ekosistemlərinə qarşı təsirin minimuma endirilməsi üçün ekoloji testdən keçirilir, bütün məhsullar asanlıqla tətbiq edilən və “cənnət adası”nı xatırladan monoi ətrinə malik yüngül teksturalarla hazırlanır.
Üç yeni məhsul KIKO MILANO Suncare seriyasını tamamlayır, onların hər biri yay günlərində sizə öz üstünlüklərini bəxş etmək üçün yaradılmışdır.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

Urban Shield Invisible Fluid məhsulu mavi işıq testindən keçirilmiş SPF 50+ müdafiəni təmin edir və makiyaj üçün mükəmməl baza rolunu oynayan görünməz formatda hialuron turşusu ilə zənginləşdirilmişdir. Makiyajınızı tətbiq etməzdən əvvəl ekran işığından qorunmaq üçün bu məhsulu üzünüzə çəkin – dərinizi nəmləndirdikcə və asanlıqla hopduqca onun ultra yüngül teksturasını görəcəksiniz. Sonra, açıq hissələrə tətbiq etməzdən əvvəl mayeni boyun və dekolte nahiyəsinə çəkin.
Dodaqların müdafiəsi üçün, dərini qidalandıran, qoruyan və yüksək parlaqlıq bəxş edən 3-ü 1-də formula malik Sun Protection Lip Gloss (dodaq parıltısı) SPF30-u əldə edin. Həmçinin hialuron turşusu ilə zənginləşdirilmişdir, SPF30 UVA və UBB qorumanı təmin edir və suya davamlıdır. İki yay çalarında mövcuddur - Honey Guard və Berry Barrier - yumşaldıcı xüsusiyyətə malikdir, lakin yapışqan deyil.
Urban Shield Invisible Fluid mayesini və SPF30 Günəşdən Qoruyucu Dodaq Parıltısını günəş eynəyi və qulaqlıqlarla birlikdə zolaqlı kətan çantanıza qoyun və beləliklə, günə hazırsınız.

Qızılı saatlar…
Günəş şüaları bir az sərinləməyə başlayanda və axşam çağı yaxınlaşdıqca, “qızılı saatlar”a hazır olun. Hialuron turşusu, tikanlı armud ekstraktı və bitki yağları ilə zənginləşdirilmiş Günəşdən Sonra Duş Geli ilə duş qəbul edin. Onun krem gel teksturası günəşdə qaldıqdan sonra dərinizi sakitləşdirəcək, duz və qum qalıqlarından təmizləyəcək və dəriniz axşam üçün yumşaq, təravətli və yüngül ətirli olacaq.
İndi yeni KIKO MILANO Juicy Fizz kolleksiyasının məhsulları ilə qürub çağının qızılı şüalarında canlanan əlvan makiyaj obrazı yaratmağın vaxtıdır. Əlvan və ətirli aperitivo kokteylindən ilhamlanaraq yaradılmış məhsullar İtalyan sitrus meyvələrinin ətri ilə zənginləşdirilmiş və sizə parıltı bəxş etmək üçün hazırlanmışdır. Gel, krem ​​və su əsaslı teksturalar çimərlik və bar arasında asanlıqla tətbiq olunur və axşama qədər qalıcılığını qoruyur.

Üz
01 Macchiato(kofe), 02 Toffee(iris) və ya 03 Qızıl Kakao çalarlarında Sunkissed Lumi-Bronzer ilə bronzlaşın və gün ərzində seçdiyiniz istənilən rəngi vurğulayın. İpək kimi teksturaya malik olan və təbii bronzlaşma effekti yaradan bu məhsul portağal qoxusu ilə zənginləşdirilmişdir və üz dərinizə isti ton vermək və vurğulamaq üçün nəzərdə tutulmuşdur.
Parlaq Aralıq dənizi işıltısı üçün siz həmçinin rənglərin kombinasiyasına imkan verən premium maye haylayter Light-Shot Luminizer ilə üz cizgilərinizi vurğulaya bilərsiniz. 01 Sunkissed Rose, 02 Golden Sunrise və 03 Tequila Sunset rəng çalarlarında mövcuddur, buruna, almacıq sümüyünə və dodaq qövsünə tətbiq edilərək parlaqlıq gətirir.
Daha sonra 01 Golden Mocha, 02 Rosé Riviera və 03 Mauve Your Passion rəng çalarları arasından seçim edərək yanaqlarınıza Fusion Glow Blush toz ənliyini tərbiq edin. İntensiv rəng və parıltı bəxş etmək üçün jojoba yağı və şi yağı ilə hazırlanmış toz teksturalı məhsul qürub çağının şüalarında parlaq krem effekti yaradır.

Gözlər
Yaxınlaşan axşamın qızılı tonlarını əks etdirən göz üçün makiyaj məhsulları ilə ədalı axşam obrazı yaradın. Vaxta qənaət edərək bir toxunuşla intensiv rəng yaratmaq üçün Long Lasting Eyeshadow Stick göz kölgəsi stikindən istifadə edin. 24 saata qədər qalıcılığa malik rəng tonu və tətbiq edilən zaman sərinləşdirici effekt yaradan bu məhsul axşam obrazını daha da gözəlləşdirən gizli silahınızdır. Beş rəngdən birini seçin: 01 Tropik Tanqo/ 02 Qızılı Bal/ 03 Qızılgül Təravəti/ 04 Mis / 05 Şərab.
Yaxınlaşan axşam üçün klassik qlamur pişik gözü obrazı yaradan bir məhsul mövcuddur: İstiyə davamlı Fiber Göz Markeri. İncə xətt çəkmək üçün lif fırça ucuna malik ultra incə marker 24 saata qədər qalıcılıdır və suya davamlıdır. Əgər hələ də dostlarınızla axşam məclisi davam edirsə, göz makiyajınız olduğu kimi qalacaq.
Nəhayət, tuşunuzu seçin. Klassik qara göz makiyajı üçün həcm verən Made to Last Tubing Mascara tuşundan istifadə edin. Suya davamlı, lakin isti su ilə təmizlənə bilən, arqan və jojoba yağları ilə zənginləşdirilmiş formuluı və 36 saata qədər davam edən uzunmüddətli təsiri sayəsində kipriklərə qayğı ilə yanaşır.

Dodaqlar
Bu yayın dodaq obrazı əlinizdəki sprey dezodorant kimi işıltılıdır. Krem teksturalı intensiv rəng və daha yüksək müdafiə üçün jojoba yağı və şi yağı ilə zənginləşdirilmiş Gleam & Care SPF30 dodaq boyasını seçin.
Parlaq effekt üçün üç yeni məhdud rəng çalarında təqdim edilən 3D Hydra Lip Gloss Limited Edition dodaq parıltısı istifadə edilir: 01 Tropical Zest, 02 Fruity Sorbetto və ya 03 Cola Crush. Nəmləndirici və yumşaldıcı tekstura dodaqlarınıza hamarlıq və parıltı bəxş edəcək və məhsul asanlıqla tətbiq edilərək dərhal effekt göstərəcək.
Kokteyl rənglərində şirəli meyvə effekti üçün 01 Şirin Tekila, 02 Marqarita və ya 02 Çəhrayı rəng çalarlarında Colour Shot Dodaq Parıltısı və Boyasını istifadə edin. 2-si 1-də dodaq boyası və dodaq parıltısı dodaqları nəmləndirən ultra parıltı ilə birlikdə rəng bəxş edir.
Əgər dodaq yağı sevirsinizsə, Gleam Shot Solid pH Dodaq Yağı sizi təəccübləndirəcək. Bərk görünüşlü bu məhsul tətbiq edildikdə bir anda yayılaraq super krem yağ effekti yaradır. Dodaqların pH səviyyəsi ilə reaksiya yaradaraq, məhsulun piqmentləri tətbiq edildikdə rəng toxunuşu bəxş edir.

Son toxunuşlar
İndi aperitivo obrazına ekstra özünəməxsusluq bəxş edən son toxunuşun vaxtıdır. Yay ətirli məhdud buraxılışlı Navigli Fizz Eau de Parfum dezodorantını başınızın üstündə yumşaq bulud kimi spreylə vurun. O, paltarınıza və saçınıza hopacaq. Lazım olan makiyaj məhsullarını seçin və onları Glam Hour çantasına qoyun. Gecə yaxınlaşdıqca bu, toxunuşlar yaratmaq üçün mükəmməldir. Qürub çağının vaxtıdır və siz parıldamağa hazırsınız!