NARGIS
Ru En
NARGIS MAGAZINE
Dəb

İrsi gözəllik

Bəziləri hesab edir ki, məşhurların uşaqları valideynlərinin şöhrətlərinin işığı altında qalmağa məhkumdurlar. Amma bizim qəhrəmanlar əksini sübut etdilər – yəqin ki, bunda onlara ulduz ana-atalarından aldıqları keyfiyyətlər kömək edib.



Dünyaşöhrətli super model Sindi Kroufordun təcrübəsi qızı Kayeyə 13 yaşında moda dünyasına ilk addımlarını atmağa kömək etdi. Lakin dünya podiumlarına çıxan, anadangəlmə zərafəti və özünə güvəni olan gənc qızın öz inadkarlığı da çox şey ifadə edir! "Mənim üçün ən böyük kompliment özümü anam kimi aparmağımdır" deyə Kaya bir dəfə etiraf etmişdi.



Deva Kassel ilk dəfə podiuma 15 yaşında ikən, 2019-cu ildə Dolce & Gabbana brendinin nümayişi zamanı çıxmışdı və həmin ildə uzun müddət anası Monika Belluççi ilə dostluq edən bu moda evi ilə müqavilə imzaladı. Deva anası kimi yeni ətrin siması oldu və reklam kampaniyasında anasından aldığı böyük gözlərini, gözəl dodaqlarını, buruq saçlarını və incə bədən quruluşunu effektiv şəkildə nümayiş etdirməyi bacardı.



Vanessa Paradi artıq 18 yaşında kino və moda dünyasında sürətli karyerası ilə fərqlənirdi, amma onun qızı Lili-Rouz onu keçərək kinoda və moda evlərinin reklamlarında 15 yaşından çəkilməyə başlayıb. Gənc qız iki şəhər arasında yaşayıb Parisdə anası və Los-Ancelesdə atası Conni Depp ilə. Odur ki, Paris gözəlliyi onun qanındadır, məşhur anasından isə nəinki xarici görünüşünü, həm də geyim tərzini alıb.


*İllüstrasiyalar xüsusi olaraq NARGIS jurnalının iyun buraxılışı üçün hazırlanmışdır