NARGIS
Ru En
NARGIS MAGAZINE
Mədəniyyət

Əlifba. A Cultural Alphabet: El

Azərbaycan elə bir ölkədir ki, onun kiçik bir həyətində müxtəlif millətlərdən olan insanlar – azərbaycanlılar, yəhudilər, talışlar, kürdlər, ruslar, ləzgilər, tatlar... birgə yaşaya, ailəlikcə dost ola bilərlər. Dünyanın hər yerindən gələn zəvvarlar buranın Zərdüşt məbədlərində ibadət etmişlər – bəziləri tanrılarına mer-meyvə bağışlamış, bəziləri isə onun uğrunda özlərinə əzab vermişlər. Burada ailənin mənşəyini rəqslərindən bilmək olar. Azərbaycanda heç vaxt din, irq, dərinin rəngi zəminində münaqişə olmayıb... Bura müxtəlif mədəniyyət və dillərin bir-birilərini zənginləşdirərək yan-yana inkişaf etdiyi çoxmillətli bir diyardır.