NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

Istedad ümidində

Buna inanmaq çətin olsa da, Ülviyyə Mahmudovanın rəhbərlik etdiyi Nargis xeyriyyə fondunun genişmiqyaslı fəaliyyətinin arxasında cəmi dörd zərif xanım – sərt “time-management” rejimində işləyən, əsəbləri möhkəm və köməyə ehtiyacı olan hər kəsə qarşılıqsız yardım etmək arzusu ilə yanıb-tutuşan böyük ürəyə sahib insanlar dayanır. Fondun fəaliyyət göstərdiyi səkkiz il ərzində onlar artıq bir çox körpəyə həyat və sağlamlıq bəxş ediblər. Biz isə qəhrəmanlarımızla daha yaxından tanış olmaq üçün onlardan anketimizin suallarını cavablandırmaqlarını xahiş etdik.

Nərmin İbrahimbəyli
“Nargis Fund”un icraçı direktoru

1. "Soyuq əllər, isti ürək" yarmarkasında qarşılaşdığınız ən maraqlı hadisə?
Uşaq evindən yarmarkamıza gələn uşaqların gözündəki xoşbəxtlik.

2. Uşaqlarla bağlı ən yaddaqalan xatirə?
İstanbula iş səyahəti zamanı unudulmaz bir hadisənin şahidi oldum: iki yaşlı Əli ilk dəfə anasının səsini eşitdi.

3. Karantin müddətində ən çox nə üçün darıxırsınız?
Yarmarka və uşaq evlərinə ziyarət.

4. Uzun bir iş günündən sonra nə ilə məşğul olursunuz?
Ailəmlə vaxt keçirirəm.

5. Ən həyati film?
"Həyat gözəldir"

6. Uşaqlar sizə nəyi öyrətdi?
Həmişə və hər bir vəziyyətdə ruhunuzun dərinliklərindəki daxili uşağı qorumağı.

7. Axırıncı dəfə nə vaxt ağlamısınız?
Bir ay əvvəl.

8. Xeyriyyə işi görmək istəyənlər nəyi unutmamalıdır?
Heç vaxt qarşılıq gözləməməyi, hər şeyi ürəkdən etməyi və işlərini sevməyi.

9. Həyatınızdakı ən dəyərli şey nədir?
Ailəm

10. Asanlıqla "yox" deyə bilirsiniz?
Yox

11. Gününüz nədən başlayır?
Uşaqlarımı öpməkdən

12. Nə olmadan evdən çıxmırsınız?
Pul qabı və maskasız :)

13. Xoşbəxtlik nədir?
Xoşbəxtlik sevdiklərinizin sağlam olmasıdır

Lalə Xəlilova
"Nargis Fund"un icraçı direktorunun müavini

1. "Soyuq əllər, isti ürək" yarmarkasında qarşılaşdığınız ən maraqlı hadisə?
İcarəçinin gözünün qabağında 40 kiloqramlıq samovarı oğurlanmışdı. :)

2. Uşaqlarla bağlı ən yaddaqalan xatirə?
Hansısa bir məqamı qeyd edə bilmərəm. Uşaqların hər bir gəlişi duyğu fırtınası, parlaq anlar idi.

3. Karantin müddətində ən çox nə üçün darıxırsınız?
Hər şeydən əvvəl yarmarkamız üçün. 100% məşğulluq, qızğın iş, dekorasiyalar, planlama, iştirakçılar ilə ünsiyyət. Axı məhz yarmarkadan əldə edilən gəlir sayəsində bir çox uşaq sağlamlığına qovuşur.

4. Uzun bir iş günündən sonra nə ilə məşğul olursunuz?
Oyun oynayıram.

5. Ən həyati film?
«Xoşbəxtlik axtarışında»

6. Uşaqlar sizə nəyi öyrətdi?
Həyatdan zövq almağı, indi və dərhal gözəl anları yaşamağı.

7. Axırıncı dəfə nə vaxt ağlamısınız?
Dünən.

8. Xeyriyyə işi görmək istəyənlər nəyi unutmamalıdır?
Təmiz ürəyə və möhkəm əsəblərə sahib olmaq.

9. Həyatınızdakı ən dəyərli şey nədir?
Ailəm

10. Asanlıqla "yox" deyə bilirsiniz?
Yox

11. Gününüz necə başlayır?
Qəhvə ilə

12. Nə olmadan evdən çıxmırsınız?
Telefonsuz

13. Xoşbəxtlik nədir?
Xoşbəxtlik hər kəsin sağlam olmasıdır

Aydan Nəsibova
"Nargis Fund"un inzibatçı meneceri

1. "Soyuq əllər, isti ürək" yarmarkasında qarşılaşdığınız ən maraqlı hadisə?
Yağışlı bir gün. Səhər altıdan saat ona qədər islanmışdıq. Nəticədə: Prezidentimizi və birinci xanımımızı gözləyərkən islanmışdıq, lakin xoşbəxt idik.

2. Uşaqlarla bağlı ən yaddaqalan xatirə?
İstanbul və "Pepe" oyuncağını arzulayan balaca qızcığaz Fatimə. Mən onu çox xoşbəxt etmək, arzusunu həyata keçirmək istəyirdim. Reanimasiyadan çıxdıqdan sonra onu yeni dostu "Repe" gözləyirdi.

3. Karantin müddətində ən çox nə üçün darıxırsınız?
Həmişə yarmarkada gördüyüm isti, səmimi mühit çatışmır.

4. Uzun bir iş günündən sonra nə ilə məşğul olursunuz?
Özümü mənə yaxın insanların səmimiyyəti və qayğısı ilə əhatə edirəm.

5. Ən həyati film?
«1+1»

6. Uşaqlar sizə nəyi öyrətdi?
Səbəbsiz sevməyi.

7. Axırıncı dəfə nə vaxt ağlamısınız?
8 marta çox sevdiyim balaca bir qız "mələk" olduğunda.

8. Xeyriyyə işi görmək istəyənlər nəyi unutmamalıdır?
Hər şeyi mənfəətsiz etməyi və səbəb gözləməməyi

9. Həyatınızdakı ən dəyərli şey nədir?
Ailənizin və yaxınlarınızın sağlamlığı

10. Asanlıqla "yox" deyə bilirsiniz?
Ah, nə qədər çətindir! Ancaq həyat bəzən bunun zəruri olduğunu öyrədir.

11. Gününüz necə başlayır?
Zəngli saat
bir stəkan limonlu su səhər qaçışı

12. Nə olmadan evdən çıxmırsınız?
Golden rule: pul qabı, açar və telefon

13. Xoşbəxtlik nədir?
Xoşbəxtlik - sevdiyin insanların... və öz üzündə təbəssümün olması.

Nərmin Məmmədova
"Nargis Fund" fondunun layihə meneceri

1. "Soyuq əllər, isti ürək" yarmarkasında qarşılaşdığınız ən maraqlı hadisə?
Diplomatik korpus rəhbərlərinin bir müddət bütün təlaşları unudub yarmarkada körpələr evlərinin uşaqları ilə əylənmələrini.

2. Uşaqlarla bağlı ən yaddaqalan xatirə?
Hər şeyə rəğmən cəsur ürəyi hər şeyə tab gətirən balaca Uğurun sağalması.

3. Karantin müddətində ən çox nə üçün darıxırsınız?
Hər gününü rahat keçməsi. Həm də yarmarkamız.

4. Uzun bir iş günündən sonra nə ilə məşğul olursunuz?
Bilik problemlərini aradan qaldırmağa çalışıram. Və əlbəttə ki, Netflix izləyirəm :)

5. Ən həyatı film?
«Sənin adın»

6. Uşaqlar sizə nəyi öyrətdi?
Möcüzələrə daim inanmağı

7. Axırıncı dəfə nə vaxt ağlamısınız?
Tez-tez olur

8. Xeyriyyə işi görmək istəyənlər nəyi unutmamalıdır?
Bunun hamı üçün olduğunu, hər kəsin bunu edə biləcəyini. Yalnız istəmək lazımdır.

9. Həyatınızdakı ən dəyərli şey nədir?
Allaha olan sevgi və anam.

10. Asanlıqla "yox" deyə bilirsiniz?
Əzab çəkərək. Çalışıram. Öyrənirəm.

11. Gününüz necə başlayır?
Təəssüf ki, sosial şəbəkələrdən.

12. Nə olmadan evdən çıxmarsınız?
Əvvəllər
üzümdə gülüşüz, indi isə maskasız …

13. Xoşbəxtlik nədir?
İnanmaq və gözləmək bacarığı.