
Bu ilin doqquzuncu başlığına xoş gəlmisiniz. Sentyabr yalnız payız fəslinin başlanğıcı deyil, həm də bu mövsümün sonudur. Hər birimiz günəşi, çimərliyi və duzlu suyu sevirik, lakin təəssüflər olsun ki, bütün bunlar saçlarımızda öz izini buraxır. Xoşbəxtlikdən bizdə çıxış yolu var.
Bu ayın hitləri saçlarınızı sadəcə yaydan sonra bərpa etmir, onlar saçları daha yumşaq, parlaq, hamar və gözə çarpan dərəcədə möhkəm edir. Yoxlanılıb və sevilib.
AHAVA Mineral Shampoo
Əsasını Ölü dəniz minerallarının gücü təşkil edən bu şampundan başlayaq. O, baş dərisini ehtiyatla təmizləyir və saçları təravət və həyat enerjisi ilə doldurur. Daha yaxşı nəticə üçün bir yuyulma zamanı ondan iki dəfə istifadə edin.
LADOR Herbalism Treatment
Yay günəşindən yorulmuş saçlarınız üçün əsl xilasedici eliksirdir. Bitki tərkibli olduğundan, bu vasitə saçlara daxildən təsir edir və onları dərindən qidalandırır. Nəticədə saçlar öz əvvəlki parıltısını geri qaytarır.
JANEKE Superbrush
Bilirdinizmi ki, darağı hər altı ayda bir dəfə dəyişmək və həftədə bir dəfə yumaq lazımdır? Etiraf edim ki, əvvəllər mən bunu bəzən unudurdum. Lakin bu superbrush ilə darağa qulluq daha asan və hətta xoş bir rituala çevrildi. Onun statusu sadəcə parlaq rənglərlə izah edilmir, o həmçinin dolaşıq saçların daranması üçün mükəmməldir. Mənim qiymətim 10 – dan 10 – dur.
Q+A Heat Protect All-In-One Spray
Və nəhayət, saçlarımız üçün zəruri olan istilikdən qoruma vasitəsi. Yüngül və çoxfunksiyalı vasitə saçları şəkilləndirmə zamanı zədələnmələrdən qoruyur və üstəlik saçları yumşaq, hamar edərək, məsaməliliyin qarşısını alır. Yağışlı payız günləri üçün mükəmməl seçimdir.
Qeyd edilmiş bütün məhsulları Aloe Pharm & Beauty apteklərindən əldə edə bilərsiniz.