NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

TIFFANY & CO. YENİ TIFFANY KNOT KOLLEKSİYASINI TƏQDİM EDİR

Məşhur Tiffany & Co. yaradıcılığının arsenalı zinət əşyalarının yeni parlaq kolleksiyası Tiffany Knot ilə daha da zənginləşdi. Kolleksiyaya ilham verən Nyu-Yorkun arxitektura elementlərindən biri olan metallik tor-hasar oldu. Tiffany hər kəsə tanış olan sənaye formasını tamamilə yeni və zərif bir şeyə çevirərək doğma şəhərin enerjisini yeni zərgərlik kolleksiyasına əlavə edir.

Nyu-York bir-birini sözsüz başa düşə bilən individualistlər şəhəridir, burada “uğura çatmaq” yalnız güclü özünədəyər hissi və müəyyənləşdirilmiş yol ilə mümkündür. Tiffany Knot kolleksiyasının yaradılmasının əsasında məhz bu formul durur. Provakasiya və ambisiya, cəsarətli bəyanat və əlaqəni – Nyu-Yorkun özü ilə "eyni dalğada" olanların əlaqəsini simvolizə edən talisman.

Tiffany Knot kolleksiyası kontrastlarla oynayır: bilərzikərin, üzüklərin, kolyelərin, asmaların və sırğaların yumşaq orqanik formaları və qırılmış küncləri. Qrafik düyünün motivi qiymətli metalın iti künclərinin süzgün əyriliklərini birləşdirərək 18 karatlıq sarı və çəhrayı qızıldan hazırlanmış pave brilyant ilə işlənmiş bütün bəzək əşyalarında əks olunub, bu da onun formasına çoxölçülük verir.

Kolleksiyanın əsas zinət əşyası isə ona dinamiklik və həcm verən 300-dən çox brilyantın düzüldüyü ikiqat çoker-boyunbağıdır. Qoşa qolbaqlarda 18 karatlıq qızıl düyün motivi bağlanan hissəni gizlədir və bəzək əşyasına bütövlük əlavə edir. Tiffany Knot məxsus olduğu Evin daim axtarışında olduğu icra innovasiyası, formaların düzülüşü və proporsiyaların dəqiqliyi kimi yüksək standartları özündə birləşdirir.

Zinət əşyalarını bu ünvanlardan əldə edə bilərsiniz: Əziz Əliyev küçəsi, 1; Neftçilər pr., 151; Port Baku Mall.