Həqiqətdən daha gülməli heç nə yoxdur; həqiqətdən daha ağrılı da heç nə yoxdur – ona görə də zarafat düz və sizin haqqınızda olsa belə, bunu yüngül qarşılamağı öyrənin. Özünüzə qarşı istehza – həyəcanla mübarizə aparmağa və özünəinamı artırmağa kömək edir.
Vaxtaşırı ürəkdən gülmək, gündəlik şeylərdə müsbət və əyləncəli məqamlar tapmaq, yaxud öz qüsurlarınıza yumorla yanaşa bilmək bir çox faydalar verir. Gülüş həqiqətən də ömrü uzadır. O, tənəffüs sistemini gücləndirir, qan dövranını sürətləndirir və bədənin oksigenlə təminatını yaxşılaşdırır. Və bəli, bəlkə də sizə qırışlar gətirəcək, amma onu da kosmetoloqunuz asanlıqla həll edəcək.
Zarafatı yerində işlətmək münasibətləri möhkəmləndirir, bağları gücləndirir, münaqişələr zamanı gərginliyi azaldır və bəzən onları tamamilə həll edir. Yaxşı, ağıllı, çevik bir zarafat etmək bacarığı hətta liderliyə də kömək edir – çətin tapşırıqlarda insanları ruhlandırmağa imkan verir. Bəs niyə əyləncəli olmağı öyrənmək vacibdir?
Bu sadə, amma çox fəlsəfi sualın bir çox cavabı var. Ancaq necə olur-olsun, bütün cavablar bizi bir nəticəyə gətirir: yumor həyatımızın bütün sahələrində çox vacibdir və başqaları tərəfindən yüksək qiymətləndirilir. Əgər insanın yumor hissi və hazırcavablığı varsa, həyat ona hər şeyi çox ciddi qəbul edən insandan qat-qat asan gəlir.
Yaxşı komediyalara baxmaq müxtəlif yumor üslublarını anlamağa kömək edə bilər və ümumi həyat biliklərinizə müsbət təsir göstərər.
Mənim sevimli filmlərim:
The Marrying Man, 1991
Two Much, 1995
The Taming of the Scoundrel, 1980
Father of the Bride, 1991
Madly in Love, 1981
Midnight in Paris, 2011
Qaynana (Mother-in-Law), 1978
What’s in a name?, 2012
Fantômas, 1964
Nine Months, 1995
Mon Oncle (My Uncle), 1958
The War of the Roses, 1989
Mr. Bean, 1992
Ülviyyə Mahmud


