Milanda Ferragamo'nun təntənəli gecəsi

23 sentyabrda Milanda Salvatore Ferragamo Moda Evi 2018-ci ilin bahar-yay qadın kolleksiyasının nümayişi zamanı öz yeni “Amo Ferragamo” qadın ətrinin premyerasını təşkil edib.

palazzo_mezzanotte_-_amo_ferragamo

Amo ("Mən sevirəm") - bu, öz həqiqətinə sadiq qalan və dünyanın təklif etdiyi bütün imkanlardan istifadə etməyə hazır olan cavan bir qadının bəyanatıdır. Müasir qadınlığın təcəssümü olan bu ətirlər bir neçə müasir incəsənət əsərlərinin ilham mənbəyinə çevrilərək bayram gecəsinin leytmotivi oldu.

amo_ferragamo_-_set_up

1932-ci ildə inşa edilmiş Milano Fond Birjası binasının yaxınlığında məşhur Piazza Affari meydanında göstərişlər üçün qurulmuş Fantastik Botticelli bağı dəbli nümayişdən sonra məşhur alman dizayneri Ingo Maurerin əsərlərinin ekspozisiyası üçün eksklüziv pavilyona çevrildi. Mərmər fasadların üzərində işıq və kölgələr, pastoral və floristik elementlərlə qəribə oyuna girərək forma, işıq və ətir haqqında bədii hekayəyə dönüşür.

james_ferragamo_luciano_bertinelli_fulvia_visconti_ferruccio_ferragamo_eraldo_poletto_leonardo_ferragamo_giovanna_gentile_massimo_ferragamo_diedo_di_san_giuliano.

Binanın kandarını keçən kimi, Ferragamo ailəsi, “Eraldo Poletto” qrupunun icraçı direktoru və "Ferragamo Parfumes" şirkətinin icraçı direktoru Luciano Bertinellinin salamladığı qonaqlar dizayn ulduzu Patricia Urquiola'nın yaratdığı super-müasir rəqəmsal vizual kompozisiyalarının effekti əhatəsinə düşüblər. Bu əsərdə yeni ətrin yaratdığı duyğulardan bəhs edərək illüziya və emosiyalar birləşib.

suki_waterhouse_-_amo_ferragamo

Nəhayət, tarixə işıq, rəng və vizual görüntü obrazları, bir də ki, ətrin özü daxil oldu. Bu ətri beynəlxalq Jet-setter və "Amo Ferragamo" ətrinin siması olan Suki Waterhouse təqdim edib.

clean_bandit_-_light_installation_by_patricia_urquiola

Daha sonra kübar məclislərin daimi ziyarətçilərinin və moda dünyasının nüfuzlu insanlarının dəvət olunduğu fond birjasının "Sala Delle Grid" ticarət zalında "Clean Bandit" Britaniya qrupunun canlı təntənəli konserti baş tutub.

Tədbir həqiqi "Amo Ferragamo" gecəsinin zərif və heyranedici atmosferini yaradaraq "The Misshapes" məşhur Nyu-York DJ-lərinin musiqisi ilə davam edib.