Qış mövsümünün dəbli sərgiləri

Biz sizə 2017-2018 qış mövsümünün dəbli sərgilərinin qısa şərhini təqdim edirik.

"CHRISTIAN DIOR: DESIGNER OF DREAMS"

Les Arts Décoratifs (Paris), 7 yanvar 2018-ci ilədək

Sizin Dior'un tarixdə keçiriləcək olan ən böyük sərgisinə getməyə son şansınız var. Moda Evinin 70 illiyi şərəfinə Dekorativ İncəsənət Muzeyində 300-dən çox kuturye işi nümayiş etdirildi.

«BALENCIAGA: SHAPING FASHION»

Londonda, Victoria və Albert Muzeyi (V & A), 18 Fevral 2018-ci ilədək

Cristobal Balenciaga'nın yaradıcılığının retrospektivi dizaynerin İspaniyada San-Sebastian şəhərində Moda Evini yaratmağından yüz il sonra açıldı. Muzeydə kuturyenin özünün və varislərinin əl işi olan 100 ədəd libas və 20 ədəd baş geyimi toplanıb.

«SSRİ-də DİZAYN SİSTEMİ»

Dekorativ-tətbiqi və Xalq İncəsənəti muzeyi (Moskva), 12 yanvar 2018-ci ilədək

Sərgi Dekorativ-tətbiqi və Xalq İncəsənəti Muzeyinin tərkibində açılan Moda mərkəzinin və D3 dizaynının ilk layihəsi olacaq. 500 eksponat sayəsində 1960-1980-ci illərdə sovet dizaynı haqqında təsəvvür yaranır.

«MAYAKOVSKİY «HAUTE COUTURE»: GEYİNMƏK SƏNƏTİ»

Sankt-Peterburqda Teatral və Musiqi sənəti Muzeyi, 22 Yanvar 2018-ci ilədək

Ostrovskiy meydanında yerləşən muzeydə öz dövrünün ən tərzli şairinin şəxsi əşyalarını toplayıblar. Mayakovski özünü nəinki ədəbiyyatın, həm də öz dövrünün modasının mühüm bir fiquru kimi təsdiq edib. Müxtəlif rəngli bantlar, lentlər, kaşne, məşhur sarı kofta, çəhrayı muar smokinq, al qımızı məxmər jilet, ciddi paltolar, kepkalar, üzüklər - şairin həyatı boyu müxtəlif tərzini formalaşdıran hər bir şey.

«ITEMS: IS FASHION MODERN»

MoMa (Nyu-York), 28 Yanvar 2018-ci ilədək

Nyu-Yorkda MoMa'nın altıncı mərtəbəsində geyimə həsr olunmuş sərgi açılıb. Ekspozisiya yeddi kateqoriyaya bölünür: "Fiqur və siluetin modelləşdirilməsi", "Üsyankar ideyalar", "Geyimdə gizli mesajlar", "Asketizm", "Güc", "Yeni Texnologiyalar" və "Gündəlik uniforma". Cəmi 350 eksponat təqdim olunub.

«PAOLO ROVERSI: STORIE»

Palazzo Reale (Milan), 17 dekabr 2017-ci ilədək

Kral sarayının 9 zalı İtalyan fotoqrafı Paolo Roversinin işlərinə həsr olunub: nü tərzində səmimi fotolardan qlamur fashion fotoşəkillərədək. Bonus: zallardan birində Rihanna ilə dərc olunmamış çəkiliş sərgilənir. Daha bir sərgi bizi fevral ayında Milanda, Sozzani Foundation'da gözləyir: ekspozisiya Naomi Campbellin şərəfinə həsr olunub.

«RICK OWENS: SUBHUMAN INHUMAN SUPERHUMAN»

La Triennale di Milano, 25 martadək

Dekabrın 15-də Rick Owens yaradıcılığının retrospektivi açılır. Triennale di Milano məkanında nəinki Rick Owens kolleksiyasından olan əşyalar, həm də avanqard fashion-çarxlar, mebel, həmçinin qrafika sərgilənəcək.

Yves Saint Loren Musee (5 avenue Marceau), muzeyin açılışı

Fransa, Paris

Yves Saint Laurent’in yaradıcılığına həsr olunmuş qardaş-muzeylər bu il Parisdə və Marakeşdə açılıb - kuturyenin şəfqətlə sevdiyi iki şəhərdə. Eksponatlar muzeyə sağlıqlarında ayrılmaz olan Pierre Berge və Saint-Laurent Fondu tərəfindən təqdim olunacaq. Modaya dəyər verənlər mütləq ziyarət etməlidirlər.