Golden Globe 2018

Los Ancelesdə  75-ci "Qızıl Qlobus" film mükafatının təqdimetmə mərasimi  keçirilib.

Hollivudun xarici mətbuat assosiasiyasının versiyasına görə ən yaxşı drama Martin Makdonaxın "Ebbinq, Missura sərhədində 3 bilbord" filmi olub. Ən yaxşı ssenariyə görə mükafata da məhz o layiq görülüb.

 

Ən yaxşı rejissor "Suyun şəkli" filminə görə Gilermo del Toro seçilib. Bu filmin musiqi müşayiətinə görə mükafatı fransız bəstəkarı Aleksandr Despla alıb. Ən yaxşı dramatik film aktyoru "Qaranlıq zamanlar" filmində rol alan Qari Oldman seçilib. Ən yaxşı aktrisa "Ebbinq, Missura sərhədində 3 bilbord" filmindəki roluna görə Frensis Makdormand alıb.

Ən yaxşı drama seriyalı favorit "Taxt oyunları"dan zəfəri qazanan "Xadimənin hekayəsi" serialı oldu.

Bütün qonaqlar mərasimə qara kostyumda  gəlmişdilər. Qonaqlar bununla film sənayesindəki seksual təcavüz və diskriminasiyadan qorumağa yönəlmiş "Time's Up" (Vaxt bitdi) hərəkatını dəstəklədiklərini bildiriblər.