Zeynəb Cahan: Irving Penn

"Əgər mən bir müddət hər hansısa bir predmətə baxıramsa, o zaman bu mənzərə məni ovsunlayır. Elə məhz bu fotoqrafın lənətidir"

XX əsrin dahi fotoqraflarından biri olan Irving Pennə məxsus Paris sərgisi bu sözlərlə başlayır. Penn fotoqrafiyanı həyat zəncirinin paleolit dövründən gələn və bütün dünya mədəniyyətlərini əhatə edən incəsənət tarixi ilə müasir əlaqəli hesab edirdi. Onun fotoşəkilləri günümüzdə belə mədəniyyəti və ənənəni yaydığı üçün Irving Penn Fondu Metropoliten Muzeyi ilə əməkdaşlıq edərək Parisdə "Grand Palais"də hərtərəfli retrospektiv sərgi ilə fotoqrafın yüzilliyini qeyd etmək qərarına gəlib.

VOGUE jurnalı ilə 50 il ərzində gördüyü məharətli işləriylə tanınan Irving Penn tərzin möhtəşəm fotoqrafı olub, lakin dəbə olan diqqəti onun sadəcə insanların üzünün və bədən quruluşunun, münasibətinin və davranışının fasiləsiz araşdırma aspektlərindən biri idi. Bunu da dərin portretlərə baxaraq anlamaq mümkündür - Penn tam insan ifadələrinin müşahidəçisi idi. O, həmçinin kəskin qrafika və heykəltəraşın işıq həcminə olan həssaslığı kimi istedada malik idi.

"Müasir fotoqraf bütün ətraf mühitdə özünə aid olan nəsə bir şeyi və özündə də ətraf mühitdən olan bir şeyi tapır". Parisdə VOGUE jurnalı üçün "Couture" kolleksiyasını çəkərkən Penn "Sadə Peşələr" adlı yeni portretlər silsiləsinə başlayır. Elə həmin portretlər silsiləsini o, Londonda və Nyu-Yorkda çəkməyə davam edir. Nəticədə "Sadə Peşələr" onun ən böyük kolleksiyasına çevrildi. O, VOGUE'un modelləri və mədəni elita üçün istifadə etdiyi eyni gündüz işığı studiyasını, eyni neytral fonu, eyni işıqlandırmanı istifadə edərək öz alətləri və malları ilə təcrübəli satıcıları, eləcə də küçə satıcılarını çəkirdi.

Qadın çılpaqlığı  - sənətin ilk çağından bəri rəssamları və heykəltəraşları ilhamlandırıb və bu hal fotoqraflar üçün istisna olmadı. İlk dəfə Penn 1947-ci ildə bu janrda özünü "təbii mühitdə gerçək qadınlar" mövzusuna istinad edərək sınadı. Modanın, süni utancaqlığın olmadığı Pennin "Nü" seriyası onun fotoqrafiyasında sırf eksperiment kimi inkişaf edir. Dərin yuxuda olan qadının fotoşəkli ləngidilmiş çəkiliş təəssüratı yaradır.

Penn istəyirdi ki, onun portretləri rəsm əsərləri kimi sanballı və təkrarolunmaz olsunlar. O, rəsm əsərlərində işıqlandırmanın və qrafik vasitəsizliyinin məğzini dərk etmək üçün Qoyanı, Daumieri və Tuluz-Lotreki tədqiq edirdi. Onun insanlarla olan işinin sirri xüsusi bir yanaşmadan ibarət idi - çəkilməyə gələn insanı göz qamaşdıran projektorlardan və bəzən də şəxsi həyəcanından azad etməyə çalışırdı. Sürtülmüş cinsdə "obyektini" qarşılayan Penn modeli məcbur etmədən bir fincan qəhvə içməyə dəvət edirdi. Qeyri-məcbur dialoqu davam etdirərək, danışaraq, bütün çəkiliş boyu qəhvə söhbətini davam edərək o, həmsöhbətini ehmalca studiyaya aparırdı. Buna görə onun portretləri təbii, mənalı, fotoşəkli çəkilən insanın instinktiv olaraq tanınan psixoloji kəskinliyi ilə alınırdı.

Irving Penn fotoaparat kamerasını Stradivarinin aləti və ya neştər ilə müqayisə edirdi. "Mən həmişə kameraya heyran olmuşam. Axı fotoşəkil - insanlığın vizual tarixinin müasir vəziyyətidir, onun köməyi ilə ölümü məğlub etmək mümkündür!"

Zeynəb Cahan